Multimedia

İntihar edən qazinin oğlu: “Onu artıq kim qaytara bilər?”

Vüsalə Mikayıl
5 Sentyabr, 2022
796

Açıq mənbələrdən götürülüb

“Nazirlik olaraq araşdırmamızı aparmışıq və yekun qərarımız budur”.

Özünü yandıraraq intihar edən I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu bu gün vəfat edib.  

Faktla bağlı artıq Baş prokurorluq araşdırmalara başlayıb.

https://toplum.tv/sosial/ozune-qesd-eden-qazi-vefat-etdi-nazirlik-iddialarin-esassiz-oldugunu-deyir

Ailəsi Nazir Həsənovun əlillik pensiyası kəsildiyi üçün onun addımı atdığını söyləyir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) isə iddiaların əsassız olduğunu bildirilib.

“Diaqnoza uyğun əlillik təyinatı aparılır”

Toplum TV-yə açıqlama verən nazirlik rəsmisi Tural Qurbanov əlillik təyinatını onlara göndərilən tibbi arayışlara əsasən  təyin etdiklərini bildirib:

“2021-ci ilin may ayında vətəndaşa  5 illik müddətinə  ümumi səbəbdən əlillik təyinatı aparılıb. O əlilliyə görə də aylıq müavinət alırdı. Vətəndaş əyani müayinədə iştirak edib. Biz tibb müəssisəsinin göndərdiyi göndəriş əsasında qiymətləndirmə aparmışıq. Həmin göndərişdə vətəndaşın dediyi diaqnozların heç biri qeyd olunmayıb. Tibb müəsisəsinin göndərdiyi göndərişdə (Forma 88) baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları qeyd olunub və bunun hərbi xidmətlə əlaqəsinin olmadığı müəyyən edilib”.

T.Qurbanov bundan öncə qaziyə veteran təqaüdünün verilməsini isə belə açıqlayıb:

“Əlillik təyinatları müddətli və müddətsiz olur. Müddətli əlilliklərdə müddət bitdikdə vətəndaş tibb müəssisəsinə müayinə üçün yenidən müraciət edir. Vətəndaşın sonuncu sağlamlıq müayinəsini aparılarkən tibb müəssisəsi hansı diaqnozu qeyd edibsə, ona uyğun olaraq da əlillik təyinatı aparılır. Vaxtilə vətəndaşa qəlpə yaralarından aldığı travmalara görə tibbi göndəriş verilmişdi. Amma 5 il əlillik müddəti bitdikdən sonra vətəndaşın ağırlaşmaları daha da artıb, amma bu dəfə bunlar hərbi səbəblərdən deyil, sonradan yaranan səbəblərdən baş verib. Ona görə də ümumi səbəbdən əlillik təyinatı aparılıb”.

Qurbanov nazirliyin araşdırma apardığını və yekun qərar verdiyini bildirib.

“Onu artıq kim qaytara bilər?”

Vəfat edən qazinin oğlu Mübariz Həsənov isə nazirliyin izahatını qəbul etmir. O sual edir ki, əgər atası anadangələmə xəstə idisə, bu vaxta qədər necə veteran təqaüdü alıb:

“Atamın pensiyası bir ildən artıqdır ki, kəsilmişdi. 9 il idi pensiya alırdı. 10-cu ilinə keçəndə son dəfə komissiyadan keçəcəkdi və bununla da ona ömürlük əlillik təyin olunacaqdı. O zaman sənədləri Əlillərin Bərpa Mərkəzinə göndərildi. Orada yoxlanıldı sənədlər, amma imtina cavabı gəldi. Təkrar müayinə istədilər. İkinci dəfə təkrar müayinə aparıldı. Əlillərin Bərpa Mərkəzindən bu dəfə bildirdilər ki, xəstəlik anadangəlmədir. Anadangəlmədirsə, bu insan 9 il pensiyanı necə alıb? Saxta sənədlə alıb?

M.Həsənov iddia edir ki, kim rüşvət verməsə, onun təqaüdünü kəsirlər.

“Baxmırlar. Kim 3-5 min verir, deyirlər ki, gəl sənin işini düzəldim. Amma kim vermir, onun işinə baxmırlar. İnsan həyatından bezər də. İş qabiliyyətin itirib. Başında 28 qəlpə yarası var idi. Dərmanlarını da kəsdilər, ağrılara dözə bilmədi. Başındakı qəlpələrə görə ozünü idarə edə bilmirdi. Onu artıq kim qaytara bilər?”

M.Həsənovun indi tələbi işin düzgün araşdırılmasıdır: “Arayışı səhv yazan Elşən Cavadovun da , digərlərinin də işinin araşdırılmasını tələb edirəm.Əgər baxmasalar, hara lazımdır, gedəcəm. Qoymayacam ki, atamın işi belə qalsın”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...
Multimedia

İşçilərin təhlükəsizliyi yetərincə qorunurmu? - SORĞU

Fatimə Mövlamlı
31 May 2023
Hər il tikinti və istehsalat sahəsində bədbəxt hadisələr baş verir. Bu bədbəxt hadisələr bəzən ölümlə nəticələnir.  İşçilərin təhlükəsizliyi kifayət qədər qorunurmu?  Bakı sakinləri Toplum Tv-nin sorğusunda iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo