Multimedia

İşıqsız, qazsız, susuz qalan Şəki ziyalısı

4 İyul, 2022
1884

“İkinci qrup ömürlük əliləm. 22 ildir ki, odun-ocaqla yaşayıram. 22 ildir ki, maşınla su gətizdirib alıram. İşığım da yoxdur, ikinci qrup əlil insanı günlərdir qaranlığa qərq ediblər”. 

Şikayətçi borcu olmadığı halda elektrikə görə cərimə yazıldığını, buna görə də smart kartına vurduğu pulların yarısının borca silindiyini bildirir. Günlərdir qaranlıqda qaldığını deyən Rəcəb Quluzadə heç bir aidiyyəti qurumun onunla maraqlanmadığını söyləyir: “2003-cü ildən Şəki şəhər 21-ci rayon Salman Mümtaz ev 17-də yaşayıram. Bu evi dövlətin fond torpağında tikmişəm. Evin sənədləri yoxdur. Hazırda həmin ərazidə 200-dən çox ev tikilib. Evin sənədləri olmadığı üçün mənə qaz çəkilməyib. Amma kim istəsə öz maddi hesabına qaz çəkdirir.  Mənim də buna imkanım çatmadı”.  

Rəcəb Quluzadə yaşadığı əraziyə uzun zaman elektrik verilmədiyini də deyir.  “İşıq dirəkləri olmadığı üçün 1 il 8 ay işıqsız, qaranlıqda yaşadıq. 2015-ci ildə küçəmizdə yaşayan sakinlərin etirazları nəticəsində elektrik dirəkləri qoydular və işıq verildi. Bu ərəfədə İşıq İdarəsinin müdir müavini Vüqar Lətifov mənim işığımı kəsdi və xəbərim olmadan mənə 300 manat cərimə yazdı. Səbəb kimi də mənim qanunsuz işıq çəkdiyimi dedi. Mən həmin ərəfədə nə işıq yandırırdımsa, onun da pulunu ödəyirdim. İşıq İdarəsinin müdirinin yanına getdim, məni qovdu. Bakıya gedib “Azərişıq”-a da müraciət etdim, şikayətimə baxılmadı”.  

Şəki İşıq İdarəsinə yeni müdir təyin ediləndə Rəcəb Quluzadənin evinə smart tipli sayğac quraşdırıblar. O deyir ki, kartına 15 manat pul vurur, amma evində cəmi 3 gün işıq yanır, qalan pul cəriməyə silinir.  

Yeni müdir Elgün Məmmədovdan borcunun silməsini xahiş edən vətəndaş kobud münasibətlə üzləşdiyini iddia edir. İşıqsız qaldığını deyən şikayətçi artıq kartına pul vurmamaq, hətta kartı atmaq fikrindədir.  O, ümidini rəsmi qurumlardan üzdüyündən səxavətli insanlardan kömək umur.  

“Dövlət mənimlə bir dəfə maraqlanmır ki, xəstə, əlil insan qaranlıqda necə yaşayır. Mən artıq bu dövlətdən heç nə istəmirəm. Mənə insanlar yardım etsin, evimə bir günəş batareyası qoyum. Heç olmasa onun işığı ilə oturum”. 

Rəcəb Quluzadə təkcə elektriksiz qalmayıb, deyir ki, vaxtilə əraziyə su xətti çəkiləndə hamının həyətinə su kranı qoysalar da, o “yaddan çıxıb”. Buna görə də suyu pulla almalı olur. Onun sözlərinə görə, sonradan həyətinə su kranı qoyulacağı ilə bağlı vəd verilsə də, əməl edilməyib.  

“Bakıda kifayət qədər evlər var ki, çıxarışı yoxdur. Amma qazı da var, suyu da. Problemlərimlə bağlı 20 ildə bəlkə 20 min dəfə icra başçısının qəbuluna getdim, amma onu heç 20 saniyə də görə bilmədim. Məni ancaq köməkçiləri qəbul edib yalançı vədlərlə yola saldılar”. 

“Vətəndaş idarəyə gəlsin, problemi araşdırılacaq” 

Şəki şəhər Elektrik Təchizatı idarəsindən isə konkret belə deyilib: “Vətəndaş idarəyə gəlsin, problemi araşdırılacaq”.  Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova məsələ ilə bağlı yazılı cavabında Rəcəb Quluzadənin “silsilə müraciətlərinin əsassız, böhtan xarakterli” olduğunu qeyd edib:  “...ailəsinin və özünün II qrup əlil olduğunu bildirərək ona müvafiq köməklik göstərilməsini xahiş edib. Şəki Elektrik Şəbəkəsindən əldə olunan məlumata əsasən bildiririk ki, 2016-cı ildə vətəndaşın yaşadığı evdə elektrik enerjisindən sayğacsız, birbaşa xətt vasitəsilə istifadə etdiyi aşkarlanmış və tərtib edilmiş akta əsasən abonentə 196,56 manat dəyərində enerji sərfiyyatı hesablanıb. Vətəndaşın evinə sayğac quraşdırıldıqdan sonra, o, istifadə etdiyi enerjinin dəyərini ödəsə də, akta əsəsən aparılmış hesabatın məbləğini ödəməkdən imtina edib”.  

Zərinə Cavdova deyir ki, fevralda abonentin sayğacı smart tipli sayğacla əvəzlənib və ona hər dəfə ödəniş olunarkən vəsaitin 50 faizinin borcdan tutulacağı, qalan 50 faizinin isə istifadə edilməsi üçün kartına yüklənəcəyi bildirilib.

İcra başçısının müavini Şəki şəhər İcra Hakimiyyətinin R.Quluzadəyə mütəmadi olaraq maddi yardımlar etdiyini bildirir.  “Rəcəb Quluzadə ikinci qrup əlil kimi müavinət alır, Şəki 3 nömrəli uşaq musiqi məktəbində qarmon müəllimi işləyir. Vətəndaşın 2020, 2021, 2022-ci illərə aid müraciətləri araşdırılarkən məlum olub ki, onun bütün müxtəlif sahələri əhatə edən müraciətləri vaxtında, qanunvericiliyin tələbləri əsasında araşdırılaraq cavablandırılıb, hətta icra hakimiyyəti başçının qəbuluna gəlməsi üçün ona dəfələrlə rəsmi məktublar  göndərilib. R.Quluzadə İcra Hakimiyyətinə gəlmək əvəzinə müxtəlif KİV-lərə çıxaraq məsələni ictimailəşdirəcəyini bildirib”. 

Rəcəb Quluzadə artıq rəsmi qurumlara inamı qalmadığını, onların yardımından imtina etdiyini və bu yaxınlarda Bakıdakı səfirliklərin birinin qarşısnda aksiya keçirəcəyini, vətəndaşlıqdan imtina edəcəyini bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo