Multimedia

Keçmiş səfir: “İranda şəriət qaydaları yumşala bilər”

25 Noyabr, 2022
257

Qərb mediası İran həbsxanalarındakı fəalların zorlandığını yazır. 
 
Amerikanın CNN telekanalına danışan fəallar zorakılıq hərəkətlərinin lentə alındığını, daha sonra şantaj edildiklərini deyirlər. 

İrandan mühacirət etmiş azərbaycanlı Məsha Mehdili prosesi yaxından izləyir. Deyir ki, İranda yaşadığı dövrdə onun da başına belə bir hadisə gəlib. 

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur  davam edir. 

Azərbaycanın İrandakı sabiq səfiri, tarixçi Nəsib Nəsibli baş verənləri inqilab adlandırır. 

Tarixçi İranda baş verən uzun müddətli etirazların nəticə verəcəyini, hökumətin demokratik addımlar atmağa məcbur qalacağını düşünür. 

BMT insan haqları üzrə ali komissarı indiyədək İrandakı aksiyalarda 300-dən artıq vətəndaşın öldürüldüyünü bildirib. Onlardan 40-ı uşaqdır.  

Bu gün Ümumdünya Sağlamlıq Təşkilatı da etiraz aksiyaları ilə bağlı İran rəhbərliyinə çağırış edib.  

Hesablamalara görə, İrandakı iğtişaşlar zamanı 18 059 nəfər həbs olunub. Onlardan 3 212 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo