Multimedia

Kimsəsiz təqaüdçü: Aldığım pensiya heç dərmanlarıma çatmır

Nuray Kamal
26 Avqust, 2022
356

Alatavada yaşayan Suğra Seydiyeva kimsəsiz, təqaüd ilə dolanan, yoxsulluqdan əziyyət çəkən qadındır. Əvvəllər müxtəlif yerlərdə dərzi işləyib, güzəranı yaxşı olub. Amma təqaüd yaşına çatandan sonra yoxsullaşmağa başlayıb.

İndi onun işləməyə gücü yoxdur. Suğra Seydiyeva aldığı təqaüdün dərmanlarına belə çatmadığını, yaşadığı evin isə baxımsızlıqdan günü-gündən yaşanılmaz vəziyyətə düşdüyünü deyir.Azərbaycanda Suğra Seydiyeva kimi təqaüdçülərin sayı çoxdur. Onu dinlədikcə sual yaranır ki, kimsəsiz yaşlı insanların baxımına cavabdeh kimdir ?

Bu barədə gənc iqtisadçı Fərid Mehralızadə “Toplum TV”yə açıqlamasında bildirib ki, Azərbaycanda xüsusilə yaşlı şəxslərin, baxıma, xidmətə ehtiyacı olan şəxslərin bu problemlərlə üzləşməsi həm də yerli özünü idarə etmə sistemi ilə bağlıdır.İqtisadçı ölkədə minimum pensiya məbləğinin insanın aylıq istehlak xərclərini qarşılamasına imkan vermədiyini vurğulayır. Dost Mərkəzinin xidmətləri arasında ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsi həyata keçirilir. Dost Mərkəzinin mətbuat katibi Şahin Əliyev Toplum Tvyə açıqlamasında bildirib ki, dost mərkəzinin sosial xidmətindən yararlanmaq üçün vətəndaş özü müraciət etməlidir.

Multimedia

Veteran: Məcbur edirlər ölkədən gedək

Samirə Əli
4 Oktyabr 2022
Birinci Qarabağ müharibəsi veteranı Xaqani Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirliyi önündə etiraz edib. Müharibə iştirakısı oktyabrın 4-ü keçirdiyi aksiyada əlilliklə bağlı aldığı pensiyasının kəsilməsindən şikayət edib.   Şikayətçi söyləyir ki, illərdir aldığı 130 manatın kəsilməsi, onun həyatını çətinləşdirib.   Nazirliyin əməkdaşı Malik Şərbətov vətəndaşı qəbul şöbəsinə salıb. Xaqani Əliyevin müraciətinə 1 həftə ərzində cavab veriləcəyi bildirilib.
Multimedia

Heyvansevərlər etiraz etdi, polislər güc tətbiq etdi

Samirə Əli
4 Oktyabr 2022
Bir neçə heyvansevər aktivist bugün Bakının Nizami küçəsində aksiya keçirib. Etirazçılar sahibsiz itlərin küçələrdə güllələnməsinə diqqət çəkmək istəyiblər. Aksiya başlayan andan etibarən çevik polis alayının əməkdaşları aktivistləri xidməti maşınlara mindirib ərazidən uzaqlaşdırıblar. Ərazidə polis əməkdaşı Orxan Axundzadə deyir ki, iştirakçıların keçirdikləri aksiya qanunsuzdur. Daxili işlər nazirliyindən "Toplum TV"yə verilən məlumata görə, aksiyada saxlanılan olmayıb. Heyvansevərlər bundan öncə də dəfələrlə "Toplan" sahibsiz itlərə qayğı mərkəzi önündə aksiyalar keçiriblər. Onlar qayğı mərkəzinin qapılarının ictimaiyyətə bağlı olması, küçə itlərinin kütləvi öldürülməsi iddiaları ilə çıxış ediblər. Mərkəzin əməkdaşları ötən il dörd aktivistə cinayət işi açmışdı. Bu ilin sentyabrında məhkəmənin verdiyi hökmə əsasən aktivistlər 1000...

Seçilmiş Videolar

Toplum TV loqo