Multimedia

"Kubinka" - "patı" dolu döşəklər, gecikən polislər... 

Aytac Məmmədli
Sənan İsmayıl
4 Avqust, 2022
319

"Kubinka" - şəhərin mərkəzinin bir neçə addımlığında yerləşir. Burada narkomaniya səfalət içərisində gizlənir. Əslində, burdakı səfalətin bir səbəbi də narkomaniyadır.  
 
Şərti adı Arif olan məhəllə sakini 30 ildir, narkotik aludəçisidir. O, 7 ilə yaxın müalicə alsa da, bu bəladan canını qurtara bilməyib. Deyir ki, vaxtilə mağazası, maşını var idi, narkotik aludəçisi olandan sonra hər şeyini itirib.  
 
Məhəllənin cavanları arasında da narkotik istifadəçiləri çoxdur. Hətta onların arasında həbsdən yeni çıxanlar da var. Onlar söyləyirlər ki, narkotikdən  qorunmağın tək yolu "Kubinka"dan çıxıb getməkdir.  
 
Bəs narkotikanın açıq-aşkar alınıb-satıldığı yerdə niyə bir nəfər də olsun polis gözə dəymir? Niyə illərdir narkomaniya ilə mübarizə apardığını deyən hüquq-mühafizə orqanları şəhərin mərkəzindəki qanunsuzluğun qarşını ala bilmir?  
 
DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Toplumsal" verilişində məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, son bir ildə "Kubinka"da 30-dan artıq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şəxs tutularaq istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
"Orda ağır iddia var ki, polisin özü narkotik satışına şərait yaradır. Narkotika ilə aparılan mübarizə şərəf məsələsidir. Narkotik vasitələrlə bağlı hansısa fakta göz yuman, etinasız yanaşan polis əməkdaşı ola bilməz", - deyə E. Hacıyev bildirib.

Multimedia

Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?

Lida Abbaslı
Sənan İsmayıl
12 Avqust 2022
Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.  Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir. "Toplum TV" paytaxt sakinləri ilə  hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib. 
Multimedia

Ən uca bayraq dirəyinin qalmaqallı tarixçəsi

Məzahir Abdurahmanov
Roza Məmmədova
12 Avqust 2022
Dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib. Dirəyi Türkiyənin "Çimtaş" şirkəti istehsal edib. Ümumi hündürlüyü 191 metr olan dirək əvvəlkindən 29 metr uzun olacaq. Hazırda bayraq dirəyinin quraşdırılması prosesi gedir. Əvvəlki dirək dünyanın ən hündür bayraq dirəyi olaraq 2010-cu ildə Ginnes dünya rekordları kitabına düşmüşdü. Ancaq bir neçə həftə sonra Tacikistanın daha uca bayraq dirəyi inşa etməsi ilə Azərbaycan birinciliyini itirdi. Bu bir neçə həftəlik liderlik Azərbaycan büdcəsinə azı 30 milyon manata başa gəlmişdi. 2009-cu ildə quraşdırılan bayrağın yalnız dirəyi 4 milyon manat dəyərində idi. Bu məbləğin 20 milyon manatı Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa 2011-ci il...

Seçilmiş Videolar

Toplum TV loqo