Multimedia

Lənkərançayı bulandıran şəxs Prezidentin himayəsindəymiş

Fərid İsmayılov
22 Sentyabr, 2022
169

Lənkəran çayın Təngivan kəndindən keçən hissəsi kənd sakinlərinin rahatlığını əlindən alıb.
Kəndlilər bir neçə il bundan öncə bu çaydan məişət işlərində istifadə edərdilər. Lakin sakinlərin sözlərinə görə yaxınlıqda inşa edilmiş Profco MMC bunu mümkünsüz edib. Profco MMC-nin rəhbəri Rəşad Əkbərov Toplum TV-yə açıqlamasında bildirib ki, sakinlər yalan deyir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Toplum TV-yə bildirilib ki, sözügedən şirkətin qanunları pozduğunu və toplanmış materiallar əsasında Baş Prokurorluqda araşdırma başladıldığını deyib.
Baş Prokurorluqdan isə Toplum TV-yə bildiblər ki, faktla bağlı araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləkdir. Profco MMC-nin rəhbəri Rəşad Əkbərov barəsində bu il martın 30-da Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Lakin 3 saat sonra azadlığa buraxılıb. Rəşad Əkbərov mətbuata açıqlamasında "Ölkə rəhbərliyi bu məsələdə mənə köməklik etdi və hər şey öz qaydasına düşdü” - demişdi.

Multimedia

Veteran: Məcbur edirlər ölkədən gedək

Samirə Əli
4 Oktyabr 2022
Birinci Qarabağ müharibəsi veteranı Xaqani Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirliyi önündə etiraz edib. Müharibə iştirakısı oktyabrın 4-ü keçirdiyi aksiyada əlilliklə bağlı aldığı pensiyasının kəsilməsindən şikayət edib.   Şikayətçi söyləyir ki, illərdir aldığı 130 manatın kəsilməsi, onun həyatını çətinləşdirib.   Nazirliyin əməkdaşı Malik Şərbətov vətəndaşı qəbul şöbəsinə salıb. Xaqani Əliyevin müraciətinə 1 həftə ərzində cavab veriləcəyi bildirilib.
Multimedia

Heyvansevərlər etiraz etdi, polislər güc tətbiq etdi

Samirə Əli
4 Oktyabr 2022
Bir neçə heyvansevər aktivist bugün Bakının Nizami küçəsində aksiya keçirib. Etirazçılar sahibsiz itlərin küçələrdə güllələnməsinə diqqət çəkmək istəyiblər. Aksiya başlayan andan etibarən çevik polis alayının əməkdaşları aktivistləri xidməti maşınlara mindirib ərazidən uzaqlaşdırıblar. Ərazidə polis əməkdaşı Orxan Axundzadə deyir ki, iştirakçıların keçirdikləri aksiya qanunsuzdur. Daxili işlər nazirliyindən "Toplum TV"yə verilən məlumata görə, aksiyada saxlanılan olmayıb. Heyvansevərlər bundan öncə də dəfələrlə "Toplan" sahibsiz itlərə qayğı mərkəzi önündə aksiyalar keçiriblər. Onlar qayğı mərkəzinin qapılarının ictimaiyyətə bağlı olması, küçə itlərinin kütləvi öldürülməsi iddiaları ilə çıxış ediblər. Mərkəzin əməkdaşları ötən il dörd aktivistə cinayət işi açmışdı. Bu ilin sentyabrında məhkəmənin verdiyi hökmə əsasən aktivistlər 1000...

Seçilmiş Videolar

Toplum TV loqo