Multimedia

LGBTQ+ fəalı blogerin qətli üzrə məhkəmə başlayıb

Samirə Əli
20 İyun, 2022
614

İyunun 20-si işgəncə ilə öldürülən bloqer Əvəz Şıxməmmədovun (Hafizli) ilkin baxış məhkəmə prosesi keçirilib. İctimai-siyasi, eləcə də LGBTQ+ fəallar məhkəmə prosesində iştirak etmək istəsələr də, onlar içəri buraxılmayıb. 

Məhkəmə prosesində iştirak edən jurnalist Fərqanə Muradova və İfadə Cəfərovanın sözlərinə görə, mərhumun heç bir ailə üzvü iştirak etməyib. Jurnalistlər bildirib ki, ilkin baxış mərhələsində Britaniyanın Azərbaycandakı səfiri də iştirak edib.

Fəallar məhkəmənin binası önündə "Əvəzin qətli siyasidir!" şüarı ilə çıxış ediblər. Onlar növbəti məhkəmə proseslərini də izləyəcəklərini söyləyiblər.

Növbəti məhkəmə prosesi iyulun 4-ü Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Əvəz Hafizli bu ilin fevralın 22-də qohumu Əmrulla Güləliyev tərəfindən boğazı kəsilərək öldürülüb. Ölümündən öncə dəfələrlə təhdid altında olduğunu bildirərərək aksiyalar keçirmişdi.

İlkin araşdırmalara görə, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olduğunu, aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

DTX ictimai şəxsə sui-qəsd planından xəbərdar imiş

Məzahir Abdurahmanov
31 Mart 2023
İctimai televiziyanın martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları ilə bağlı yayımladığı xüsusi reportajda tanınmış ictimai şəxsə sui-qəsd planından bəhs edilir.  Toplum TV xəbər verir ki, materialda Ruhulla Axundzadə adlı şəxsin tapşırığı ilə Faiq Zeynalov, Etibar Məmmədzadə və Hüseyn Hüseynzadə adlı şəxslərin  Azərbaycan Respublikasında İranın lehinə casusluq etdikləri iddia olunub.  Təqsirləndirilən şəxs Faiq Zeynalov açıqlamasında deyib ki, Bakı şəhərində ictimai şəxsin əvvəlcə izlənilməsi, ardınca da ona bıçaq və ya odlu silahla xəsarət yetirmək planı olub. Onun sözlərinə görə, məqsəd həmin şəxsə "göz dağı vermək" olub.  Materialda haqqında bəhs edilən ictimai şəxsin adı açıqlanmayıb. Amma təqsirləndirilən şəxsin "ictimai şəxsə göz dağı...
Multimedia

AXCP-nin aksiyasında polis müdaxiləsi

Fərid İsmayılov
30 Mart 2023
AXCP Ədliyyə Nazirliyi önündə aksiya keçirib. Etirazçılar "siyasi məhbuslara azadlıq" və s kimi şüarlar səsləndiriblər. Aksiya zamanı bütün fəallar polis tərəfindən saxlanılıb. DİN-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, etirazçılar ərazidən uzaqlaşdırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo