Abşeron rayonunda yerləşən Masazır kəndinin Sultanağa Bayramov və Cövdət Hacıyev küçələrinin sakinləri susuzluqdan şikayətlənir. Sakinlər bildirir ki, may ayından etibarən suyun verilməsində yaranan problemlər daha da artıb.
Şəfi Qələndərli: "Gəlirlər yalandan baxırlar. Yaxşı olacaq, düzəldəcəyik, motor xarab olub, filan şey xarab olub, cürbəcür bəhanlər... Necə olur o biri küçələrə su təzyiqlə gəlir amma bu iki küçəyə - arxadakı küçə və bu küçə, ikisinə də su gəlmir. Su Səhmdar Cəmiyyətinin sədri nəzarət etməlidir. Eləmirlər, qardaş. Kef edirlər özləri üçün.
Məryəm Fərəcova: "Gəlmirlər, baxmırlar, saymırlar milləti. Dalaşırıq, əsəbləşirik, əsəb keçiririk. Hamının evində uşağı var, xəstəsi var, külfətdi, ondan sonra işə gedən var, gəlib yuyunmaq istəyən var. Bunların hamısı nəzərə alınmalıdır.
Emil Əbiyev: "Bir gündən bir suyu verirlər. Bu gün də su günüdür, su yoxdur. İşığı söndürürlər tez-tez, yalandan da deyirlər, kabel dəyişirik. Qardaş, bu kabeli dəyişirlər amma gəlməlidi da bu su, bu işıq.
Küçənin tək problemi təkcə su da deyil. Şəfi Qələndərlinin sözlərin görə, elektrik enerjisinin verilməsində də hər gün saatlarla fasilələr yaranır.
Sakinlərin şikayəti ilə bağlı Azərsu ASC-dən Toplum TV-nin sorğusununa cavab verilib:
"Masazır qəsəbəsi cövdət Hacıyev küçəsi və ətraf ərazilərdə su təchizatında fasilələrin yaranması enerji təchizatı ilə bağlıdır. Enerji təchizatı sistemində aparılan işlər nasosların iş rejiminə təsir edir. Bu işlər başa çatandan sonra normal təzyiq və qrafiklə suyun verilişi təmin olunacaq".
Elektrik enerjisinin verilməsində yaranan problemlərlə bağlı isə Azərişıq ASC-dən bu barədə vətəndaşların onlara müraciət etdiyini və ötən həftənin 5-ci günündən bu təmir-tikinti işlərinə başlandığı deyilib. Qurum rəsmisinin sözlərinə görə, bir neçə günə problem tam həllini tapacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum Tv
İctimai fəal Bəxtiyar Hacıyevə görə həbs olunduğunu deyir
Toplum TV