Multimedia

Maska cərimələrinin taleyi necə olacaq?

Samirə Əli
9 Sentyabr, 2022
1487

COVID-19 virusunun kəskin yayılması səbəbindən Azərbaycanda 2020-ci ildən pandemiya dövrü başlayıb. Son iki il ərzində tibbi maskadan istifadə etmək ölkə vətəndaşları üçün məcburi idi.  

2020-ci ilin iyununda  prezident İlham Əliyev tənəffüs yollarının qoruyucu vasitələrindən istifadə etməməklə bağlı Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliyi təsdiqləmişdi.  

Belə ki, maskadan istifadə etməyənlər üçün müəyyən edilmiş cərimələr minimum 50 manatdan başlayırdı.  

Daha sonra  həmin ilin iyununda karantin dövründə maskadan istifadə etməməyə görə cərimələr iki dəfə artırıldı.  

Bu ilin mayın 1-dən maskaların məcburi taxılması qərarı ləğv edilib. Amma on minlərlə vətəndaşın maska cəriməsi olduğu kimi qalır.   

Bəs bu cərimələrin aqibəti necə olacaq? Daxili işlər nazirliyinin nümayəndəsi Elşad Hacıyev deyir ki, cərimələrin silinməsi yalnız prezidentin verdiyi qərarla mümkündür. 

https://toplum.tv/multimedia/avto-dayanacaqlardan-yigilan-pullar-hara-gedir

Hüquq müdafiəçisi Bəşir Süleymanlıya görə, sonradan açıq havada maska taxmaq məcburiyyətinin doğru qərar olmaması etiraf edilsə də,  hökumət hələ də cərimələrin ləğv edilməsinə maraqlı deyil:  

"Baxmayaraq ki, sonradan etiraflar oldu ki, qapatmanın özü də, açıq havada maska taxmaq qərarı doğru deyilmiş. Bunların fonunda maska taxmaq məcburiyyəti və cərimə tətbiq edilməsi qərarı da doğru deyilmiş. Amma hökumətin hələ də bununla bağlı reaksiyasını görməmişik”.  
  
Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında verdiyi  hesabatda bildirib ki, 2020-ci ilin martın 14-dən 2022-ci ilin yanvarın 1-dək xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.  

Onlardan 747,2 min nəfəri cərimələnib, 1 286 nəfəri isə həbs edilib. Təkcə tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər cərimə edilib.  İctimai iaşə obyektlrəi üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib.  

“Xatırlayırsınızsa, qonşu ölkə - Gürcüstanda parlamentdə belə bir layihə təqdim olundu. İyirmi milyon dollar həcmində 200 min vətəndaşın cəriməsi silindi. Layihəyə hüquqi şəxslər də, fiziki şəxslər də aid idi. Amma təəssüflər olsun ki, bununla bağlı Azərbaycanda müsbət nəticə əldə etməmişik”.  
  
Hökumət hələ də tibbi maskadan istifadə ilə bağlı tətbiq edilmiş cərimələrin ləğvi təklifinə sussa da, gələcəkdə cəriməsi qüvvədə qalanları hansı cəza tətbiqi gözləyəcəyi məlum deyil. Qəhrəmanlarımızın təbirincə desək, onlara ya hərəkət məhdudiyyəti yəni ölkədən çıxışlarına qadağa qoyula bilər, ya da müvafiq qurumlar tərəfindən cərimə məbləği aldıqları məvaciblərindən kəsilə bilər. Onlar isə cərimənin ləğv edilməsi ilə bağlı hüquqi prosedurları Avropa insan haqları məhkəməsinə qədər daşımağa hazırdırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Çıxar maaş kartını mənə ver, ailəmə yemək alım"

Toplum TV
3 Oktyabr 2023

Toplum TV

İlham Cəlilov 2-ci Qarabağ müharibəsinin qazisidir. Deyir ki, Füzuli, Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 3 dəfə yaralanıb. Ilham Cəlilovun sözlərinə görə, əlillik dərəcəsinin təyin olunmasına görə 3 dəfə müraciətinə baxmayaraq, ona imtina cavabı verilib. İlham Cəlilov müharibədən əvvəl ailəsini rahat dolandıra bildiyini, hazırda isə belə imkanının olmadığını deyir. Fidan Ali
Multimedia

"30 ildir ki, mənzil növbəm gəlib çatmır"

Toplum TV
2 Oktyabr 2023

Toplum TV

Keçmiş tibb bacısı olan Qönçə Səmədova 30 ildir mənzil növbəsində olduğunu deyir. Əvvəl işlədiyi xəstəxanada 70 yaşına kimi yenidən tibb bacısı işləməyi tələb edərək Bakı şəhəri Baş Prokurorluq qarşısında aksiya keçirib.

Seçilmiş Videolar

Toplum TV loqo