Multimedia

Məcburi köçkün: Bizim toyuq damlarımız burdakı evlərimizdən böyük idi

Nuray Kamal
Lida Abbaslı
25 Avqust, 2022
785

Bura Bakının Koroğlu Rəhimov küçəsində yerləşən qaçqın məhəlləsidir.  Məcburi köçkünlər işğaldan bəri tikintisi yarımçıq qalan xəstəxana ərazisində məskunlaşıblar. 

Dalanları dar, evləri iç-içə, divaraları çılpaq daşdan olan sakinlər ən çox nəmişlikdən, evlərinin şəraitsizliyində  şikayət edirlər. Kiçik və iç-içə olan evlərin heç qapısı da yoxdur.  

Kanalizasiya suları yollara tökülüb palçıq yaradır. Sakinlər deyir, təmir etməyə imkanları çatmır deyə bura illərdir baxımsız vəziyyətdə qalıb. 

Məcburi köçkünlər deyir, bu vaxta qədər  heç gəlib maraqlanan olmayıb. Onlara verilən çörək pulu isə artıq çörək almağa da çatmır. Qaçqınlar və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Toplum TV-yə bildirilib ki, komitənin mənzil fondunda boş yaşayış sahələri olmadığı üçün onlar yeni evlərlə təmin olunmur. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışında isə ilk növbədə ən ağır şəraitdə yaşayanlar yeni yaşayış yerləri ilə təmin olunacaq. Məcburi köçkünlərin indi, tək arzusu bu yoxsulluqdan qurtulub öz yurdlarına qayıtmaqdır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Fazil Mustafa: “Təhlükə həmişə var” 

Fatimə Mövlamlı
29 May 2023
“Səhhətim yaxşıdır, şükür Allaha. Əsasən reabilitasiya prosesinə davam eləyirəm, amma xeyli problem arxada qalıb.   Deputat Fazil Mustafa bunları bu gün İçərişəhərdə keçirilən Milli Kitab Sərgisindı deyib. Sərgidə Fazil Mustafanın yazdığı son kitab “Dirilən adamın düşüncələri” kitabı da yer alıb. Toplum Tv-nin suallarını cavablandıran deputat deyir, təhlükə hələ ötüşməyib.  Fazil Mustafa ona qarşı silahlı hücumla İran İslam Respublikası arasındakı əlaqədən də danışıb.   Fazil Mustafa 28 mart tarixində evinin qarşısında naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo