Söküntüsü gedən bu evin sakinləri onu vaxtilə qanuni, sənədli əldə ediblər. Bir vaxtlar evin tikilməsinə icazə verən hökumət, fəhlələrin sözlərinə görə, indi də onu sökməyə icazə verib. Amma sakinlərlə hallaşmadan.
Bakının Yusif Səfərov küçəsində yerləşən binada yaşayan bir neçə sakinlərin evləri yaşayışa yararsız hala salınıb.
Həmin sakinlərin əmlak hüquqlarını qoruyan vəkil Cavad Cavadov bildirib ki, bu işlərə Bakı şəhər İcra Hakimiyyətininin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir.
Mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın evi də iyulun 27-si qanunsuz dağıdılıb. Baş vermiş hadisə video kameralara da düşüb.
Zərərçəkənin qardaşı bildirib ki, bacısı hələ də evini satmasa da, dünən evinin qapısı sındırılaraq, içərisini dağıdıblar:
Binanın komendantı Gülməmməd Məmmədov deyir ki, söküntü işləri 20 gündür ki, davam edir. Onun sözlərinə görə, binanın yerində park salınacağı gözlənilir.
Vəkil Cavad Cavadov deyib ki, hazırda binada yaşayan bir neçə sakin qanunsuzluqla bağlı Xətai rayon prokurorluğuna müraciət ediblər.
Prokurorluqdan sakinlərə bildirilib kii, məsələ araşdırılacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?