Multimedia

Mehman Əliyev: Jurnalistin və vəkilin həbsi siyasidir

Aytac Məmmədli
14 Sentyabr, 2022
435

Sentyabrın 10-dan 11-nə keçən gecə "Xural TV"-nin təsisçisi Əvəz Zeynallı və vəkil Elçin Sadıqov həbs olunublar. 

Əvəz Zeynallı həbs olunmuş iş adamı Rasim Məmmədovdan rüşvət almaqda, Elçin Sadıqov isə buna vasitəçi olmaqda günahlandırılır.

Bir qrup ictimai xadim və hüquq müdafiəçisi sentyabrın 11-də prezidentə müraciət ünvanlayaraq, ittihamın və prosedur pozuntularının onlarda suallar doğurduğunu bildirib, işə ədalətlə baxılmasını xahiş edib.

 "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söyləyir ki, jurnalistin və vəkilin həbsi siyasidir. 

Onun dediyinə görə, Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi  Azərbaycanda söz azadlığının boğulması uğrunda aparılan siyasətin davamıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo