Multimedia

Məktəbdə döyülən uşağın atası: Polis nə döyənə dəyir, nə video çəkənə

Məzahir Abdurahmanov
Roza Məmmədova
5 Oktyabr, 2022
429

Məktəbdə şagirdlərdən birinin digərini döyməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırma başlayıb.  

Döyülən şagirdin atası Namiq Zeynalov araşdırmanın gedişindən narazıdır. Deyir kİ, hələlik oğlunu döyənə şifahi töhmət verilib və başqa heç bir tədbir görülməyib: 

Sabunçu rayon 112 saylı məktəbin direktor əvəzi  Lətifə Mustafayevə isə fərqli açıqlama verib, o bildirib ki, uşaqlar barışıb, hər şey qaydasındadır. Hadisənin ictimailəşməsinin səbəbi isə şagirdlərdən birinin məktəbə iki telefon gətirməsi olub 

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, zərərçəkənin xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. 

Şagirdin atası  Namiq Zeynalov isə verilən açıqlamalardan razı deyil. 

Psixoloq Nuriyyə Məmmədova deyir ki, hadisədən sonra tez-tələsik barışıq yaratmaq bulinqi azaltmayacaq. 

Təhsil eksperti Elçin Əfəndi də o düşüncədədir ki,  bu kimi hallarda məktəb rəhbərliyi ilə, Elm və Təhsil Nazirliyi də məsuliyyət daşıyır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo