Multimedia

Milli Məclisin önündə etiraz: “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki, bəlkə mənə yarayan dərman olar”

Nuray Kamal
29 Noyabr, 2022
239

Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı təqaüdün dərmanlarına çatmamasından gileylənir. Deyir, müvafiq qurumlara iş üçün dəfələrlə müraciət edib. Abbasova qalmağa evinin olmadığını deyir. Qeyd edir ki, qalmağa yeri olmadığından heç yerdə qeydiyyatda deyil. Buna görə də, şəxsiyyət vəsiqəsi deaktiv olub. O deyir, Dövlət Sosial Müdafiə Nazirliyinin qəbul şöbəsində ona Müşfiq qəsəbəsində iş təklif olunub. Ziyafət Abbasova etiraz etdikdən sonra polislərin müşahidəsi ilə Milli Məclisin qəbul şöbəsinə aparılıb və 30 noyabr tarixinə qəbula yazılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Rəsulzadənin doğum günü: "Hakimiyyət iyrənc mübarizə aparır"

Fərid İsmayılov
31 Yanvar 2023
Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ili qeyd edilib. Bu münasibətlə müxalif partiya və təşkilatlar onun Novxanı kəndindəki abidəsini ziyarət edib.  "Müsavat" Partiyası başqanı Arif Hacılı Toplum TV-yə açıqlamasında Azərbaycan hökumətinin Rəsulzadə irsinə münasibətini tənqid edib. "Rəsulzadə irsinə qarşı hökümətin qısqanclığı var. Amma nə qədər çalışsalar da, xalqın Rəsulzadəyə olan sevgisini dəyişə bilməyəcəklər". Milli Şuranın sədri Cəmil Həsənli Rəsulzadəyə indiki münasibəti SSRİ dövründəki ilə müqayisə edib: "Bu gün hökümət ən iyrənc formada Rəsulzadə ideyası daşıyanlarla mübarizə aparır. SSRİ dövründə heç belə deyildi". Ziyarət zamanı polislə iştirakçılar arasında hansısa münaqişə baş verməyib.
Multimedia

Orxan Əsgərovun dəfni - Deputatlar: İran üzr istəsin

Fərid İsmayılov
30 Yanvar 2023
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan mühafizə rəisi Orxan Əsgərov bu gün, yanvarın 30-da II Fəxri Xiyabanda dəfn edilib.  Dəfn mərasimində hökümət rəsmiləriylə yanaşı Türkiyə və İranın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər. Milli Məclisin deputatı Aydın Mirzəzadə Toplum TV-yə açıqlamasında bildirib ki, səfirliyə edilən hücum terror hadisəsidir: "Bu gün dəfn etdiyimiz Orxan ƏSgərovun qanı İran dövlətinin üzərindədir. İran dövləti bu məsələyə aydınlıq gətirməlidir". Milli Məclisin digər deputatı Naqif Həmzəyev isə deyib ki, proseslərin gərginləşməsinin səbəbi İran dövlətidir: "İran tərəfi məsuliyyəti öz üzərinə götürməlidir. Cəsarət tapıb Azərbaycan xalqından, dövlətindən, hökümətindən üzr istəməlidir" Baş vermiş hadisədən sonra...

Seçilmiş Videolar

Toplum TV loqo