Multimedia

Moskva Bəyannaməsi qanuni müstəviyə salınarsa, Azərbaycanı nə gözləyir?

29 Sentyabr, 2022
431

Rusiya Moskva bəyannaməsinin qanuni müstəviyə salınmasını istəyir.

Sentyabrın 26-da Azərbaycana səfər edən Rusiya Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ölkəsinin istəyini dilə gətirib.

Nümayəndə həm prezident İlham Əliyevlə, həm də Milli Məcslisin sədri Sahibə Qafarova ilə görüşündə Moskva bəyyanaməsinin hüquqi qüvvəsini artırmaqdan danışıb.

Ukrayna ilə müharibə fonunda bəyannamənin hüquqi müstəviyə salınması Rusiya üçün niyə əhəmiyyətlidir? Bəyannamə parlamentdə təsdiq olunarsa, Azərbaycanı nə gözləyir?

Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili deyir ki, bu Ukrayna ilə müharibə aparan Rusiyaya sanksiyalardan yayınmaq və Azərbaycanla yaxınlaşmaq üçün lazımdır:

2022-ci ilin fevralında İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında imzalanan Moskva bəyannaməsi iki ölkənin müttəfiqliliyini özündə əks etdirir. Həm iqtisadi sahələrdə, həm də hərbi.

Bir sıra ekspertlər Moskva bəyannaməsinin Aəzrbaycanı təhlükə ilə üz-üzə qoyduğunu desə də, deputat Elman Nəsirov əksini düşünür. 

Rusiya ilə Ukrayna arasındakı müharibə 2021-ci ilin aprelində başlayıb. Hər iki ölkə ilə dostluq quran Azərbaycan müharibə başlayandan tərəflərə açıq dəstək ifadə etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo