Multimedia

MTN işi: Zərərçəkən iş adamları Baş prokurorluq qarşısında etiraz ediblər 

Samirə Əli
19 İyul, 2022
1174

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi işində zərərçəkən kimi tanınan şəxslər bugün Baş prokurorluq qarşısında etiraz edib. 

Şikayətçilər hazırda davam edən məhkəmə işinin düzgün aparılmamasından narazıdırlar.  

MTN-nin istintaq baş idarəsi rəisi kimi çalışan Mövlam Şıxəliyev və digər sabiq şöbə rəislərinin 2008-2014-cü illər ərzində iş adamlarından külli miqdarda pul və əmlaklarını hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi cinayətlərlə bağlı ötən il cinayət işi açılıb. 
 
Zərərçəkmişlərdən biri Hüseyn Səfərov bildirib ki, ondan 2 milyon dollar pul alınıb: 

“Mən iş adamıyam. Deyirdilər, banka niyə pul qoymusan? O vaxtlar "Texnika bank" var idi. Oraya əmanət kimi pul qoyurdum. "Texnika bank" adı altında yüzlərlə adamları müflisləşdirdilər. Əllərimizdən pulları alıb, saxta ittihamlar qurdular və həbs etdirdilər. Necə saxta ittihamlarla bizi həbs etdilərsə, bizdən pul alıb eyni ssenari ilə 6 aydan sonra azad etdilər”, - deyə zərərçəkmiş bildirib. 

https://toplum.tv/manset/kecmis-mtn-polkovniki-hokmu-esidende-hali-pislesdi
 
Dİgər zərərçəkən şəxs 73 yaşlı Əfsəl Həsənəliyevdir. Şikayətçi deyir ki, ondan 50 000 dollar pul alınıb. Söylədiyinə görə, üç otaqlı evini banka qoyub, kreditlə pulu götürüb keçmiş MTN-nin istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə verib.  
 
MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı cinayət işi başlanılıb.  Daha sonra keçmiş qurumun istintaq rəisi Mövlam Şıxəliyev, qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla bağlı ayrıca icraata başlanılıb. 
 
Aparılan istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət kimi, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.  

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 
Qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov həmin məcəllənin sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barələrində müvafiq qətimkan tədbirləri seçilib. 

Cinayət işi üzrə ittiham aktı təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. 

Ümumilikdə 36 zərərçəkmiş var. Onlardan 4-ü vəfat etdiyinə görə, hüquqi varisləri zərərçəkmiş şəxs qismində çıxış edirlər.  

Növbəti məhkəmə işi iyulun 26-sı keçiriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Göygöldə yarım əsr davam edən problem...

Fərid İsmayılov
25 Sentyabr 2023

Toplum TV

Dozular kəndini Göygölün mərkəzi ilə 36 km ayırır. 2018-ci ildə yerli media Çaylı-Pənahlılar-Dozular avtomobil yolunun yenidən qurulduğunu bildirib. Kəndin girişlərindən birinə 20-25 ailənin yaşadığı yerə qədər asfalt örtüyü çəkilib. Lakin davam edən avtomobil yolundakı vəziyyət heç də ürək açan deyil. Asfalt əvəzinə qum və çınqıl var.
Multimedia

Yevlax görüşü: Bakı sakinləri nə düşünür?

Toplum TV
22 Sentyabr 2023

Toplum TV

Sentyabrın 21-də Azərbaycanın keçirdiyi anti-terror əməliyyatından sonra əldə olunan razılaşma əsasında Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax rayonunda görüş keçirilib.

Seçilmiş Videolar

Toplum TV loqo