Multimedia

Müsəlman Birliyi Hərəkatı üzvləri Bakıda silsilə aksiyalar keçirib

Samirə Əli
22 İyun, 2022
364

Bu gün, iyunun 22-də "Müsəlman Birliyi" Hərəkatının bir qrup üzvü Prezident Administrasiyası önündə aksiya keçirməyə cəhd göstərib.

Etirazçıları İçərişəhər metrosu ərazisində polislər qarşılayıb, onların quruma tərəf  getmələrinə mane olublar.

Etirazçıların tələbləri "Allahı söyən, bir neçə hərəkat üzvünə zorakılıq tətbiq edən polislərin" cəzalandırılmasıdır.

Şikayətçilərin sözlərinə görə, hərəkatın 12 üzvü etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

https://toplum.tv/multimedia/taleh-bagirzadenin-sehheti-pislesib

Gün ərzində dindarlar bir neçə qrupa bölünərək şəhərin müxtəlif istiqamətlərində - Nəsimi Rayon Baş Polis İdarəsinin binası önündə, Nərimanov metrosu yaxınlığında etiraz ediblər.

İçərişəhər və Nərimanov metrosu ərazisində keçirilən piketlər zamanı saxlanılan olmayıb. 

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "bəzi sosial şəbəkə istifadəçilərinin guya polisin dinimizi təhqir etməsi barədə iddialarını" təkzib edib.

O, həmin "böhtan" məlumatları polisin nüfuzdan salınmasına yönələn şayiələr adlandırıb.

Zahidovun sözlərinə görə, Azərbaycan polisi bütün dinlərə, o cümlədən "mənsub olduğu müqəddəs dinə" hörmətlə yanaşır.

Taleh Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, 16 nəfər də saxlanılıb. Məhkəmə Taleh Bağırzadəni 20 il azadlıqdan məhrum edib.

Multimedia

Vəkil: Arvadını döyən kişilər canını cərimə ilə qurtarır

Sənan İsmayıl
6 İyul 2022
13 il əri tərəfindən müxtəlif işgəncələrə məruz qalmış qadın artıq 4 aydır ki, uşaqları ilə birlikdə qadın sığınacağında yaşayır. Dediyinə görə, bu illər ərzində əri onu evə həbs edib, xırda səbəblərdən döyüb. Bədənində bıçaq, balta izləri indiyədək qalır.  “Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyir, hətta sığınacaqdakı qadınlar da bəzən təhlükə altında qalır. Onun dediyinə görə, qadınların qaldığı yer barədə kimsə xəbər çatdıranda, ailə üzvləri gəlib, həm qadını, həm sığınacaq işçilərini təhdid edirlər.  Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, ölkədə qadın hüquqları yetərincə qorunmur. Vəkil hüquq mühafizə orqanlarının da bu məsələyə qeyri-ciddi yanaşdığını düşünür. Onun sözlərinə görə, məişət zorakılığına görə...
Multimedia

Vətəndaşın 500 min dollarını kim qaytaracaq?

Məzahir Abdurahmanov
5 İyul 2022
2010 –cu ildə aldadıldığını deyən Kamal Şabanov Toplum TV-nin qaynar xəttinə müraciət edib. Şikayətçidir ki, 100 sot torpaq satmaq adı ilə ondan 500 min dollarını alanlar hələ layiqli cəzasına çatmayıb. Kamal Şabanov Oqtay Vəliyev və Rauf Namazov adlı şəxsləri günahlandırır, onlar da bir-birini. Rauf Namazov Şabanovun və digər bir neçə şəxsin etibarından sui-istifadə edib pullarını dələduzluqla almaq ittihamı ilə 11 il həbsə məhkum edilib. Oqtay Vəliyev isə məhkəmədə bəraət alıb. Kamal Şabanov iddia edir ki, ona tələni quran tək adam yox, cinayətkar şəbəkə olub. Şəbəkəyə rəhbərliyi də Oqtay Vəliyevin etdiyini düşünür. Amma şikayətçiin sözlərinə görə, Vəliyevin arxasında daha böyük qüvvələr...

Seçilmiş Videolar

Toplum TV loqo