Multimedia

Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir

25 İyul, 2022
1796

Rusiyanın Ukraynanı işğalının ilk qurbanları Krım tatarları olub. Toplum TV Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə yeni köçkünlük dönəmi, Rusiya işğalında qalan Krım tatarlarının durumu, Ukraynaya, Krım tatarlarına dünyanın dəstəyi ilə bağlı gözləntilər və xəyal qırıqlıqları barədə söhbətləşib. 

Müsahibəni video formatda da izləyə bilərsiniz. 

- Hər vaxtınız xeyir, Mustafa bəy, Kiyevdə durum necədir? 

Çox da yaxşı deyil, müharibədəyik. Ruslar Kiyevdən uzaqlaşıb, amma Xəzər dənizindən, Qara dənizdən raketlər atırlar. 

Gündə 4-5 kərə  həyəcan siqnalı olur. Kiyevə, Kiyev bölgəsinə davamlı atırlar. Təkcə Kiyev də deyil, bütün bölgəyə raket atırlar. Amma təəssüf ki, bizim uzun mənzilli raketlərimiz yoxdur. Atan yerlərə biz də qarşılıqlı ata bilmirik. Ən böyük çətinlik budur. 

- Ukraynaya dünyanın dəstəyi ilə bağlı fikirlər haçalanır. Sizin fikinizcə, dünyanın Ukraynaya bu savaşda verdiyi dəstək yetərlidirmi? 

- Yetərli olsaydı, biz çoxdan torpaqlarımızın hamısını götürməyə müvəffəq olardıq, amma təəssüf ki, belə deyil. Amma bu verdikləri yardım üçün də təşəkkür edirik, çünki o yardımlar olmasaydı, bizim üçün çox çətin olacaqdı. 

https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir

- Müharibədə təbii ki, hər kəsin şəxsi itkiləri də var. Özünüz, ailənizin durumu necədir?

- Ukraynada bu savaşdan zərər görməyən adam yoxdur. Kimisi yaxınlarını, kimisi işini itirdi. Kimisi evini qoyub başqa yerlərə köç etməyə məcbur oldu. Hər kəsə təsiri oldu bu savaşın. Beləcə. Əlbəttə, nə qədər insan itkisi olduğu mövzusunda dəqiq məlumat vermirlər bəlli səbəblərdən, amma bu günə qədər 38 min əsgər, 400 təyyarə, helikopterlər, tanklar itirdilər. Yəni itkiləri çoxdur. Bizim də əlbəttə, insan itkimiz var, amma ruslarla müqayisə etdiyimizdə, prezident Zelenskinin dediklərinə görə, 4-5 dəfə azdır. Çünki biz müdafiə olunuruq. Müdafiə olunan tərəfin itkisi az olur. Amma yenə də çoxdur itki. Uşaqlar, mülki əhali arasında itki çoxdur, çünki ruslar əsasən, mülkilərin olduğu yerlərə, binalara, evlərə raket atır. Minlərlə məktəb, xəstəxana, doğum evi, mədəniyyət mərkəzi beləcə bombalandı, yox oldu. Maddi itkilərimiz barədə dəqiq rəqəm yoxdur, amma deyirlər, bir trilyondan artıqdır. 

- Sizin şəxsən bu müharibədə üzləşdiyiniz itkilər nə olub? 

- Əslində bizim üçün savaş 2014-cü ildə başlandı. Bizim torpağımız ruslar tərəfindən işğal edildi. Bir çox insanlarımız vətənlərini yenidən tərk edib, Ukraynanın ana torpaqlarına köçmək məcburiyyətində qaldılar. Şəxsən mənə Krıma giriş qadağası tətbiq olundu. Beş illik dedilər, sonra 15 ilə qədər artırdılar. Yəni 2034-cü ilədək, Krıma girişim yasaq imiş. 2034-cü ilədək, əlbəttə nə mən dünyada olacağam, nə Putin, nə işğal olacaq. Amma onların məqsədi budur ki, əgər mən burada ölsəm, əlbəttə ki, 2034-dək bu olacaq – onların qaydalarına, qanunlarına görə, mənim cəsədimi belə Krıma buraxmayacaqlar. Yəni ana torpağıma tapşırılmama belə imkan verməyəcəklər. Durum belədir.
 
Bu ikindi hücumdan, yəni 24 fevralda başlanan müharibədən bir gün öncə mən ailəmi Türkiyəyə yollamışam. Yəni bu mövzuda rahatam. Çünki ailəm indi salamat yerdədir. Onlar üçün risk yoxdur. Amma mən burada Kiyevdəyəm. Bizim üçün əlbəttə, bu çox böyük itkidir. Biz 1944-cü il sürgünündən və soyqırımdan sonra yarım əsr öz vətənimizə dönmək üçün mübarizə apardıq. Amma insanlarımız yenə də o torpaqları tərk etmək zorundadırlar. 

Aşağı yuxarı 30 minə qədər adam o torpaqları tərk etdi. Böyük rəqəm deyil, amma bizim üçün böyükdür. Xalqımızın onda biri.  Və bu axın davam edir. Biz buradan onlara getməyin, işğaldan qurtaracağıq deyirik, amma insanların qorxuları var. Yəni birinin oğlunu həbsə atmayacaqlarına, yaxud qaçırıb öldürməyəcəklərinə təminat versək, bu mümkün olsa, əlbəttə. Amma bu suallara cavab tapa bilmirik. Biz uzun illər Sovet rejiminə, totalitar rejimə qarşı mübarizə apardıq, amma indi Krım yarımadasında Sovet rejimindən daha betər bir rejim var. Sovet rejimi ilə indi Krımdakı durumu müqayisə etdiyimizdə, o dövr necə də demokratik, liberal rejim kimi görünür. Burada indi Stalin rejiminə bənzər bir rejim, işğal rejimi var. Çox təəssüf. 

İnsanlarımızı məcburi savaşa göndərməyə çalışırlar. Əlbəttə bizimkilər getmək istəmir. O səbəbdən çoxlu məhkəmələr keçirilir, cəzalar verilir. İnsanlar yolunu tapıb, Krımı tərk etməyə çalışır. Amma tərk etmək də asan deyil. Əsgərlik yaşındakı insanlar Krımdan buraxılmır. Buraxsalar da, yalnız Rusiyaya keçə bilirlər. Oradan başla ölkəyə keçmək üçün Rusiyanın xarici pasportu lazımdır. Bizimkilərdə isə yalnız Ukraynanın verdiyi xarici pasport var. 

Ukrayna pasportu ilə Rusiyadan başqa ölkəyə çıxmaq çox çətindir. Bəzi ölkələrə, məsələn, Ermənistan, Gürcüstan, Qazaxıstan kimi viza tələb etməyən yerlərə keçə bilirlər. Oradan sonra Polşaya, Türkiyəyə, başqa ölkələrə gedirlər. İndi Türkiyədə təqribən, üç-dörd minə qədər Krım tatarları var. Başqa ölkələrə gedənlər də var. Çoxu Polşada, Almaniyada, başqa ölkələrdə. 

- Azərbaycana da gəlirlərmi?

- Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir. Onun üçün, oraya getməkdə bir az problem var. Azərbaycanı çox da tərcih etmirlər. 

- İndi müharibədə döyüşən krım tatarları varmı?

- Təbii ki var. Ukraynanın ana torpaqlarına gələn krım tatarları var. Bizim iki ayrı krım tatar hərbi bölüyümüz var. Sayı çox deyil, amma Krım üçün savaş başlananda krım tatarları birinci girəcəklər oraya. 

- Rus işgal ordusunda necə  varmı məcburən qatılmış krım tatarları?

- Bir neçə nəfər var. İki nəfər əsir belə düşmüşdü. Biz onlara buradan müraciət edirik ki, rus ordusuna qəti şəkildə getməsinlər, amma onlar da getməsələr, həbs cəzası var. Deyirik ki, Ukraynaya gəlsəniz, ya qatil olacaqsınız, ya cəsəd olaraq dönəcəksiniz. Onlar da buna görə getməməyə çalışırlar. İki əsir var, ölülər də var. Əslində cəsədlərin çoxunu aparmırlar da. Qohumlara da qadağan ediblər əsgər ölümləri barədə məlumat açıqlamağı. Açıqlasalar, təzminat verməli olacaqlar axı. Beləcə adamları qorxu içində saxlayırlar. 

- Ukraynaya verilən dəstəkdən danışdıq. Bir də Ukraynaya yox, Rusiyaya verilən dəstək var. Məsələn, İrandan belə bir dəstək mesajı gəldi. Bunun haqqında nə düşünürsünüz? 

- Bizim mətbuat yazır ki, Putin pilotsuz təyyarə istəyib, amam İran rədd edib. Başqa qaynaqlar deyir ki, vəd ediblər. Təəssüf ki, İranın bu siyasəti yüzdəyüz olmasa da 80-90 faiz rus siyasətini dəstəkləməkdir. Özlərinə islam ölkəsi deyilər, amma tam islama qarşı davranışları var. Çinlə bağlı da belə şübhələrimiz vardı, amma indi əlimizdəki məlumatlara görə dəstək vermirlər. Bir neçə ay öncə Şimali Koreyaya gedib, oradan bəzi raketlər alıblar deyəsən. Rus ordusu, əlbəttə, indi o qədər də asan durumda deyil, çox itkiləri var. Hücum edən əsgərlərin təqribən yarısı məhv edildi. Texniki sıxıntıları var. Amma potensialı da var. Bir müddət dayanıqlı olacaqlar. Amma sonra nə olacaq, təxmin etmək mümkündür. 

- İki gün öncə İranın dini rəhbərliyi də, siyasi rəhbərliyi də Rusiyaya o mesajı verdi. Rusiyanı siyasi baxımdan bu müharibədə dəstəklədiklərini bildirdilər. Bunun ardınca Zelenskinin ofisi belə bir bəyanatla çıxış edib ki, İranı ən azından ruslar tərəfindən bombalanan məscidlər narahat etməlidir. Sizin bir Ukrayna vətəndaşı olan müsəlman kimi düçüncələriniz nədir? 

- Onlar özlərinə müsəlman deyirlər, amma davranışları tam tərsinədir. Mən bəzən BMT-də oluram Krımla əlaqədar səsvermələr zamanı. İran ya rusları dəstəkləyir, ya tərəfsiz qalır, ya da iştirak etmir. Sən müsəlman olsan, biz orada Krım tatarlarının durumunu müzakirə edirik, krım tatarlarının həbs olunduğu, işgəncəyə məruz qaldığı, oğurlanıb, öldürüldükləri barədə danışırıq, amma onlar tərəfsiz. İslamda doğru ilə pis arasında tərəfsiz olmaq mümkün deyil. Sən nə cür müsəlmansan?! 
Təəssüf ki, durumlar belə. Orada müsəlman varmı, yoxmu, bu bir az şübhəlidir əslində. Nə edək. Belə siyasətdir. İllərdir belə davam edir. Amma görüşdüyümüz zaman gözəl danışırlar. Yanınızdayıq, elə, belə, amma işə gəldikdə, təəssüf ki, belədir. 

- Azərbaycan rəsmiləri ilə necə, görüşləriniz oldumu?

- Çox görüşlərimiz oldu. Nyu-Yorkda da, BMT-də də bu məsələmizə baxıldı. Bir zaman görüşdük. Son dəfə mən Azərbaycan təmsilçisi ilə görüşəndə o dedi ki, biz sizi tam dəstəkləyirik – bu Qarabağ müharibəsindən öncə idi – amma Qarabağ problemimiz var, belə çətinliklərimiz var, ona görə də biz bu səsvermələrdə Ukrayna qətnamələrini dəstəkləməyəcəyik. 

https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir

Keçən il Krım platforması keçirildi. Bütün Avropa ölkələrindən, Türkiyə də daxil omaqla 46 ölkədən gəldilər. O qədər xahiş etdik, Azərbaycan da gəlsin deyə, qardaşlarımız bizimlə bərabər olsun, amma gəlmədilər. Ondan sonra Parlament başqanını gördüm, görüşdüm. Özü istədi görüşməyi. Mən dedim, qardaş deyirsiniz, amma belə bir zamanda yanımızda ola bilmirsiniz. Cavab bu idi ki, problemlərimiz var. Hərkəsin problemləri var, amma doğru davranmaq lazımdır. Sən mənim çətin günümdə mənə dəstək verməyəcəksənsə, sən çətin günündə necə başqalarından dəstək gözləyə bilərsən? Gerçəklik budur. 

- Azərbaycanlılara sözünüz?

- Azərbaycan bizə çox yaxın millət, qardaş, qohum millətdir. Çox yaxın olmasını istərdik. Amma təəssüf ki, durum belədir. Bu yaxınlarda parlament nümayəndələrimiz getmişdi Türkiyəyə. O zaman xarici işlər komissiyasında bir az danışdım. Dedim ki, AZərbaycan çətin durumda olanda siz o qədər dəstək verdiniz Qarabağı azad etmək üçün. Amma bizə gələndə, məsələn, Krım platformasında Azərbaycan iştirak etmir. Sizin təsiriniz yoxdurmu Azərbaycana? Bunu izah edə bilmirsinizmi? Dedilər ki, öyrətməklə olmaz, biz onlarla danışdıq, nəticə belədir. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo