Neftçi ayağını laqeydlikdən itirdiyini deyir, SOCAR rədd edir
İxtiyar Abışov neftçidir. Deyir ki, 1987-ci ildən neft daşlarında çalışıb. Ta ki bir ayağını itirənədək.
O danışır ki, bundan sonra olanları rəhbərliyə xəbər versə də, tibbi yardım almayıb. İşini itirməmək xətrinə yaralı halda günlərlə dənizdə işləyib. Dənizi tərk edib müalicə almağa başladıqda isə artıq gec olub.
SOCAR-ın tərkibində fəaliyyət göstərən Azneft İstehsalat Birliyi açıq dənizdə Neft Daşlarında fəaliyyət göstərir. Burada ümumilikdə 6000-ə yaxın işçi çalışır.
Bu, SOCAR-ın adının hallandığı ilk şikayət deyil. İndiyə qədər neftçilərin təhlükəli, antisanitar şəraitdə işləməsi ilə bağlı dəfələrlə materiallar dərc olunub.
Hətta 2019-cu ildə qurumun tərkibinə daxil olan idarə və müəssisələrin
monitorinqi zamanı əksər sanitar qovşaqların vəziyyəti belə idi.
İxtiyar Abışov deyir ki, ayağını işdə itirib, ancaq bu, iş qəzası kimi aktlaşdırılmayıb:
“Toplum TV” şikayətlə bağlı 1 ay ərzində SOCAR-a dəfələrlə müraciət edib. Qurumun haqqındakı iddialara münasibəti cəmi bir cümlədən ibarət olub:
“Neft Daşları NQÇİ-də işlədiyi dövrdə İxtiyar Abışovla bağlı hər hansı bədbəxt hadisə baş verməyib”.
57 yaşlı İxtiyar Abışov deyir ki, tək ayaqla dolanmaq asan deyil. Onun mübarizə aparmaq üçün yeganə yolu məhkəmədən keçir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?