Multimedia

Ötən il uşaqların 14 faizi nikahdan kənar doğulub

Roza Məmmədova
Samirə Əli
2 İyun, 2022
888

2021-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 14% olub. 

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNICEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı keçirilən tədbirdə belə deyib. 

“Qeyri-rəsmi nikahların sayı az deyil. Belə münasibətlərsə ailə münaqişələrinin yaranmasına, bu cür ailələrdə doğulan uşaqların hüquqlarının pozulmasına gətirib çıxara bilər.

Statistikaya görə, 2021-ci ildə rəsmi qeydiyyata alınmamış nikahlardan doğulan uşaqların sayı  bütün uşaqların ümumi sayının 14%-dir” 

S.Əliyeva 2019-cu illə müqayisədə 2020-ci ildə nikahların sayının təxminən 2 dəfə azaldığını desə də, o boşanma hallarının sayı demək olar ki, dəyişmədiyini bildirib. 

Rəsmi statistikaya görə, 2019-cu ildə 63 869 nikah və 17 148 boşanma, 2020-ci ildə isə  35 348 nikah və 14 628 boşanma qeydə alınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

DTX ictimai şəxsə sui-qəsd planından xəbərdar imiş

Məzahir Abdurahmanov
31 Mart 2023
İctimai televiziyanın martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları ilə bağlı yayımladığı xüsusi reportajda tanınmış ictimai şəxsə sui-qəsd planından bəhs edilir.  Toplum TV xəbər verir ki, materialda Ruhulla Axundzadə adlı şəxsin tapşırığı ilə Faiq Zeynalov, Etibar Məmmədzadə və Hüseyn Hüseynzadə adlı şəxslərin  Azərbaycan Respublikasında İranın lehinə casusluq etdikləri iddia olunub.  Təqsirləndirilən şəxs Faiq Zeynalov açıqlamasında deyib ki, Bakı şəhərində ictimai şəxsin əvvəlcə izlənilməsi, ardınca da ona bıçaq və ya odlu silahla xəsarət yetirmək planı olub. Onun sözlərinə görə, məqsəd həmin şəxsə "göz dağı vermək" olub.  Materialda haqqında bəhs edilən ictimai şəxsin adı açıqlanmayıb. Amma təqsirləndirilən şəxsin "ictimai şəxsə göz dağı...
Multimedia

AXCP-nin aksiyasında polis müdaxiləsi

Fərid İsmayılov
30 Mart 2023
AXCP Ədliyyə Nazirliyi önündə aksiya keçirib. Etirazçılar "siyasi məhbuslara azadlıq" və s kimi şüarlar səsləndiriblər. Aksiya zamanı bütün fəallar polis tərəfindən saxlanılıb. DİN-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, etirazçılar ərazidən uzaqlaşdırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo