Özünü yandıran qaziyə görə parlamentin qarşısında aksiya keçirilib
İkinci Qarabağ müharibəsinin 10-a yaxın iştirakçısı iyulun 13-də Milli Məclisin binasına gəlib.
İştirakçıların tələbi hüquqlarının qorunması, dövlət qurumları tərəfindən problemlərinin baxılması və deputatlarla görüşmək istəyi olub:
“Sabirabadda iki dəfə intihar hadisəsi baş verib. Biz də bura gəlmişik ki, qazilərin intiharına son verilsin. Bizə də rahat yaşamağa aman versinlər. Artıq bəsdir, bu qədər yetər. Qazilərin maddi durumlarında problemlər var. Mənə əlillik verməkdən imtina ediblər. Yalandan söz verirlər ki, bu gün-sabah, bayramdan sonra. Bayram da qurtardı, amma heç nə təmin olunmadı”,-deyə müharibə iştirakçısı Elnur Rüstəmov əlavə edib.
Qazi öz ərizələri ilə birgə polis əməkdaşları tərəfindən parlamentin qəbul şöbəsinə aparılıb. Tətil səbəbilə deputatlar Milli məclisdə olmayıblar.
İyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin önündə “Mauqli” ləqəbli qazi Elvin Cəfərov özünü yandıraraq intihara cəhd edib.
Elvin Cəfərov 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.
O, iyulun 10-da vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirilib. İyulun 12-də vəfat edib.
İkinci Qarabağ müharibəsindən sonra ölkədə 36 qazi intihar edib. Onlar sosial vəziyyətlərinin ağırlığından və aidiyyatı qurumların müraciətlərinə baxmadığından şikayətləniblər.
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir
Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir