200-dən çox ailə kanalizasiyanın olmamasından şikayətçidir - "Bezmişik"
Binəqədi qəsəbəsi birinci mədən ərazisində yerləşən 17 və 18-ci korpusda yaşayan sakinlər kanalizasiya xəttinin çəkilməməsindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, illərdir bu problemin əlində çarəsiz qalıblar.
Sözügedən ərazidə üfunət qoxusu hiss edilir. Küçədə hər addımbaşı dolub-daşan kanalizasiya quyularına, yollarada yığılıb qalan qrunt sularına rast gəlmək olur.
Firuzə Əzizovanın həyətindənsə birbaşa kanalizasiya tullantıları axır.
Sakinlərin müraciəti nəticəsində yaşayış məntəqəsinə gələn "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin iki əməkdaşı şikayətçilərlə bərabər əraziyə baxış keçirdi. Toplum TV-nin müxbiri özünü təqdim etməyən ASC əməkdaşına problemlə bağlı sual ünvanladıqda cavabı belə oldu:
"Onu deyə bilərəm ki, get işinlə məşğul ol".
"Azərsu"nun əməkdaşı daha sonra əlavə etdi:
"Araşdırmanı aparırıq da, lazım olsa deyəcəyik".
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə sözügedən əraziyə kanalizasiya xətti çəkiləcəyini desə də, konkret vaxt söyləmir.
Görünən odur ki, sakinlər hələ bir müddət də üfunətə, çirkab sulara dözməli olacaqlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Penitensiar Xidmət: Bəxtiyar Hacıyev həkim nəzarətindədir - YENİLƏNİB
Sosial Media