Multimedia

Alatava söküntünün astanasında

3 Mart, 2023
506

Bakının Alatava-1 qəsəbəsinin söküləcəyi gözlənilir. Toplum Tv-nin əməkdaşına danışan sakinlərin əsas qayğısı onlara ödəniləcək kompensasiya ilə bağlıdır. 

Darısqal yollarla gedib-gələn, hündür mərtəbəli yeni tikililərin kölgəsində yaşayan köhnə məhəllənin sakinləri söküntünün dəqiq nə zaman başlayacağından xəbərsizdirlər. 

30 ildir Alatavada yaşayan Mətin İsmayılov deyir, təxminən iki ay əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən gəlib evlərin çoxunu ölçüblər. O, layihəni hansı şirkətin icra edəcəyindən xəbərsiz olduqlarını söyləyir:

Yaşar Ağayev yarım əsrdir bu məhəllənin sakinidir. Deyir, məhəllədə söz-söhbət gəzir ki, Novruz bayramından sonra söküntü başlanılacaq, amma hələlik şərtlər barədə sakinlərlə müzakirə aparılmayıb:

Salimad Rəcəbova vaxtilə Bakının “Sovetski” deyilən ərazisində evləri sökülən narazı sakinləri yada salır. Deyir, əgər Alatava sakinlərinə veriləcək kompensasiya ədalətli olmasa, onlar da etiraz edəcəklər: 

 Ədilə Xalıqova Alatavada 1965-ci ildən yaşayır. Deyir, bura ilə bağlı xatirələri çoxdur, başqa yerə getmək heç istəmir.

Məhəllədə yararsız vəziyyətdə olan evləri də görmək mümkündür. Onlardan biri də Suğra xalanın evidir. Danışır ki, 2000-ci ildə Bakida zəlzələ olanda evi yararsız hala düşüb. 20 ildən çoxdur qəzalı evdə yaşayır, deyir, heç bir quruma şikayətçi olmayıb. İllərlə ümidlə yaşayıb ki, nə vaxtsa evləri söküləcək, özünə bir gün ağlayacaq. Dediyinə görə hələ 90-cı illərdən evlərin sökülməsi ilə bağlı xəbərlər eşidir. 

Suğra xalanın 65 yaşı var. Uçuq-sökük evində pişiyi ilə yaşayır. Danışır, nə zaman evləri sökülsə, qurban kəsib məhəllə camaatına paylayacaq.

Alatava-1 məhəlləsində ilk dəfə söküntü işlərinə iki il öncə başlanılıb. Təxminən 11 ev sökülüb. Hazırda qəsəbənin ortasında iki bina tikilir. 

Qəsəbənin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətindən "Turan" İnformasiya Agentliyinə bildirilib ki, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb".

Əlavə edilib ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər siyahıya alınıb: 

SİTAT: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək. Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər".

Amma icra hakimiyyətindən burda tikinti aparacaq şirkətin adını çəkməyiblər. 

 

Bundan 7 il öncə, 2014-cü ildən başlayaraq Bakının "Sovetski" deyilən ərazisi sökülməyə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri əsasən satın alınıb, sökülüb. İkinci mərhələdə isə 2 min civarında evin söküldüyü bildirilib.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə razılaşmayan, söküntüyə etiraz edən ailələr də olub. Həmin dövrdə hər kvadrata 1500 manat ödənilirdi. Etirazçı sakinlər vaxtaşırı aksiyalar da keçiriblər. Şikayətçi olan bir sıra Sovetski sakini işlərini Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərib.

Alatava məhəlləsi hələki söküntünün astanasındadır. Sakinlər onları nə gözlədiyini bilməsələr də, ümid etmək istəyirlər ki, köhnə evləri ilə birgə problemləri də bu məhəllədə qalacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo