Multimedia

Arıçı: "48 manata aldığım "pesok"u indi 78 manata alıram"

Fərid İsmayılov
17 Aprel, 2023
192

57 yaşlı Abdulsəməd Davudov Zaqatalanın Car kəndində yaşayır. Dolanışığı arıçılıqdan çıxır, amma satışdan gileylənir. Deyir, məhsulu hazırlamaq bir dərd, satmaq başqa dərd.

Abdulsəməd kişi dolanışığının zəif olmasına səbəblərdən biri kimi illərdir quru sərhədlərin bağlı olmasını göstərir. Deyir, əvvəllər turistlər çox gəlirdi, onlara bal sata bilirdi. Deyir, sərhədlərin bağlı olması təkcə balın  satışına deyil, aldığı məhsulların qiymətinə də təsir edir. Deyir, hazırladığı balın qiyməti dəyişmir, amma xərci günü-gündən artır.

İqtisadçı Toğrul Vəliyev deyir, sərhədlərin bağlı qalması turizm iqtisadiyyatına ciddi təsir edib. Sərhədyanı bölgələrdə yaşayan insanlar üçün isə bu, ciddi qiymət artımına səbəb olub. İqtisadçı sərhədlərin açılmasını həm də alternativ imkanların yaranmasına gətirib çıxaracağını bildirir.

Nazirlər Kabinetinin 21 fevral 2023-cü il tarixli qərarına əsasən ölkənin quru sərhədləri mayın 1-dək bağlı qalacaq. Ölkənin quru sərhədləri isə artıq 3 ildir bağlanıb. 

Carda boş qalan kafelər də, sakinlər də sərhədlərin açılmasını səbrsizliklə gözləyir. O da karantin müddəti artırılmasa.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Şəhid ailələri dəfn pulu tələb edir

Samirə Əli
3 İyun 2023
1988-1994-cü illərdə Qarabağ müharibəsində həlak olanların yaxınları iyunun 2-si Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar dövlətin ayırdığı dəfn pulunu tələb ediblər.
Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...

Seçilmiş Videolar

Toplum TV loqo