Multimedia

Paşinyandan gözlənilməz etiraflar

Vüsalə Mikayıl
14 Noyabr, 2022
665

Noyabrın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində hələ 2007-ci ildə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığının açıqlayıb. Paşinyan həmçinin beynəlxalq birliyin də bu fikirdə olduğunu qeyd edib.  

Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur və “illüziyalara qapılmaq lazım deyil”. 

"Bu vəziyyətdə əgər biz Ermənistanı və Dağlıq Qarabağı fəlakət qarşısında qoymaq istəmiriksə, biz bütün dünyaya qarşı təkbaşına mübarizə aparmamalıyıq və apara bilmərik. Öz etdiklərimizlə qarşı-qarşıya durmalıyıq. Nəticədə problemi necə həll edəcəyimizlə bağlı aydın, həyata keçirilə bilən proqrama malik olmalıyıq. Nə qədər ağrılı və çətin olsa da, biz bu reallıqla üzləşməliyik”, - Paşinyan vurğulayıb. 

Siyasi şərhçi Şahin Hacıyev hesab edir ki, N.Paşinyan siyasi balansı qorumağa çalışır: 

O ki qaldı müsahibəyə, Paşinyan gizlətmir ki, Qarabağ Ermənistan üçün yükdür. Onlar faktiki olaraq Qarabağın Azərbaycanın tərkibində olduğunu gizlətmirlər. Yerevan təkid edir ki, ermənilərə hansısa status verin. Azərbaycan da bununla razı olmur.Ermənistan belə təqdim edir ki, bir addım geri çəkilir. Müsahibədəki bəyanatda buna yönəlib ki, gəlin bu mərhələdə məsələni çözək.  

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. 

Tərəflər hələ də sülhquruculuğuna nail ola bilməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Göygöldə yarım əsr davam edən problem...

Fərid İsmayılov
25 Sentyabr 2023

Toplum TV

Dozular kəndini Göygölün mərkəzi ilə 36 km ayırır. 2018-ci ildə yerli media Çaylı-Pənahlılar-Dozular avtomobil yolunun yenidən qurulduğunu bildirib. Kəndin girişlərindən birinə 20-25 ailənin yaşadığı yerə qədər asfalt örtüyü çəkilib. Lakin davam edən avtomobil yolundakı vəziyyət heç də ürək açan deyil. Asfalt əvəzinə qum və çınqıl var.
Multimedia

Yevlax görüşü: Bakı sakinləri nə düşünür?

Toplum TV
22 Sentyabr 2023

Toplum TV

Sentyabrın 21-də Azərbaycanın keçirdiyi anti-terror əməliyyatından sonra əldə olunan razılaşma əsasında Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax rayonunda görüş keçirilib.

Seçilmiş Videolar

Toplum TV loqo