Noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda sammiti keçirilib.
Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan təşkilatın bəyannaməsini imzalamaqdan imtina edib. O, KTMT-ni 44 günlük müharibə vaxtı Ermənistana kömək göstərməkdən imtina etməsinə görə tənqid edib.
Xatırladaq ki, dünən yüzlərlə siyasi-ictimai fəal da Yerevanın mərkəzində ölkənin KTMT-dən dərhal çıxmasını tələb edən aksiya keçirib.
Rusiya prezidenti Vladimir Putin isə görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid etdiyini söyləyib. O, xüsusi bəyanatla çıxış etməyib.
Siyasi şərhçi Elman Fəttah deyir, Qərbə meyilli olan Paşinyan Ermənistan-KTMT münasibətlərində çox ciddi çat yaradıb. Paşinyanın son çıxışı da onun KTMT-yə qarşı növbəti demarşı idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?