Multimedia

Ata övladının zorlandığını, cinayət işinin isə açılmadığını deyir

Fərid İsmayılov
18 Sentyabr, 2023
96

Sabirabadın Rüstəmli kənd sakini Əli Həsənov (ad və soyad şərtidir) deyir, dolanışıq ucbatından bir neçə ay öncə Rusiyaya işləməyə gedib. Amma aldığı xəbərin ardınca elə getdiyinə də peşman olub. 12 yaşlı oğlunun 4 nəfər tərəfindən zorlanması xəbərini alıb. Daxili İşlər Nazirliyinin Şirvan Regional Qrupundan Toplum TV-yə bildirilib ki, cinayət işinin başlanması üçün ekspertizanın nəticələri gözlənilir. Yekun rəyi verən İmişlinin ekspertiza idarəsi isə Toplum TV-yə deyilib ki, ekspertizanın nəticələri 10 günə yaxındır hazırdır. Amma müstəntiq sənədləri götürmür. Ata isə ümid edir ki, aidiyyatı qurumlar onun şikayətinə baxacaq. Başqa çıxış yolu isə yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Yolsuz, susuz, işıqsız Yaşıldərə

Toplum TV
21 Sentyabr 2023

Toplum TV

Bura Sumqayıt şəhəri Yaşıldərə yaşayış massividir. Sakinlər kanalizasiya sisteminin və zibil qutularının olmamağından şikayətçidirlər. Deyirlər, ərazidə kanalizasiya daşır və qoxusu ətrafı bürüyür. Yaşıldərənin problemlərini saymaqla bitmir. Sakinlər deyir, yollar bərbad vəziyyətdədir, məktəb də çox uzaqda yerləşir. Sumqayıt şəhəri icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Toplum TV-yə bildirdi ki, qəzalı yollar ilə bağlı tədbirlər həyata keçirilir. Yaşıl Dərə yaşayış massivində də bu il bəzi küçələrdə asfaltlanma işləri aparılıb və gələcəkdə də bu istiqamətdə işlərinin davam etdirilməsi nəzərdə tutulub. Bildirildi ki, ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması nəzərdə tutulub.
Multimedia

“28 MAY” küçəsinin nə asfaltı var, nə də ki, kanalizasiya sistemi...

Toplum TV
21 Sentyabr 2023

Toplum TV

Balaxanının  köhnə adı “İkinci mədən” olan “28 May” küçəsinin sakinləri yaşadıqları yerin şəraitsizliyindən şikayətlənirlər. Onların sözlərinə görə, yollara asfalt çəkilmir, kanalizasiya sitemi yoxdur, küçə təmirsiz vəziyyətdədir.   Cəmilə Əzimova

Seçilmiş Videolar

Toplum TV loqo