Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart, 2023
115

Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir.

Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb.

183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır. 

Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s.

Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.
Multimedia

Saatlıda kəndlilərdən "suyu İran kəsib" iddiası

Fərid İsmayılov
15 Mart 2023
Saatlının Nabata kəndin sakini İsməli Güləliyev deyir kəndlərinə gələn suyu İran kəsib. Rəsmi qurumlardan isə bu iddialara cavab almaq olmayıb.  Su problemi təkcə Nabatada deyil, Çolpu və Orta Muğanlı  və başqa kəndlərində də yaşanır. Bu səbəbdən kəndlilərin bir qrupu martın 13-də Bakı-Saatlı avtomobil yolunu bağlamağa, bununla problemlərinə diqqət çəkməyə çalışıblar. Nəticədə 3 nəfər polisin atdığı rezin güllə nəticəsində yaralanıb. Toplum TV-nin əməkdaşı sözügedən kəndlərdə olub. Sakinlər deyir, əkin zamanı kollektor sulardan istifadə etmələri məhsuldarlığı azaldır, normal su almağa isə maddi imkanları çatmır, rəsmilərə etdikləri müraciətlər isə nəticəsiz qalır. Martın 14-də rayon rəsmiləri sözügedən kəndlərdə olub. Sakinlərin dediklərinə görə, onlardan müsahibə...

Seçilmiş Videolar

Toplum TV loqo