Azərbaycanda "Trendyol"a qadağa qoyula bilərmi?
“Trendyol”-un Azərbaycana, xüsusilə Türkiyə istehsallı məhsulların satışında yerli satıcılara qarşı haqsız rəqabət ehtimalları var və rəqabət narahatlıqları yarana bilər.
Bu barədə fevralın 23-də Bakıda Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi Cavid Süleymanov qurumun keçirdiyi konfransda bildirib.
Qurum Türkiyə istehsalı məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Azərbaycanda son illərdə rəqəmsal bazarın istifadəçiləri çoxalıb. Azərbaycandan satış üzrə ən yüksək paya Türkiyənin “Trendyol” şirkəti malikdir.
Toplum Tv-nin əməkdaşları sözügedən açıqlama ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Şəhər sakinlərindən “Trendyol”dan istifadəyə məhdudiyyət qoyularsa, hansı çətinliklərlə qarşılaşacaqlarını soruşublar:
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov “facebook” platformasında bildirib ki, "Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz. Əlavə edir ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir.
“ Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər.
Haqsız rəqabətə gəldikdə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”,- deputat deyir.
Azərbaycan internet forumunun prezidenti Osman Gündüz də məsələyə biganə yanaşmayıb. O facebook hesabında ironik statusla çıxış edib:
SİTAT: “ Ölkədə haqsız rəqabəti Trendyol yaradırmış…
Xatırlayıram ki, Mikayıl Cabbarovun nazir təyinatı zamanı prezident ölkədə xüsusilə inhisarçılıq və haqsız rəqabət sahəsində ciddi qayda -qanun yaratmağın vacibliyini bildirmişdi.
İndi belə görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "haqsız rəqabətçini" tapıb”.
Osman Gündüz son illər Azərbaycanda yüzlərlə karqo –daşıma şirkətləri yarandığını, hazırda təxminən 200-dək belə şirkətin olduğunu xatırladıb.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının karqo yolu ilə aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. İndi, görünür ki, bu sahədə yaranmış situasiya kimlərisə narahat edib.
E-ticarət üzrə mütəxəsis Nicat Manafov Toplum tv-yə danışır ki, "Trendyol"un bloklanmasından söhbət gedə bilməz. Nicat Manafov insanların təşvişini daha çox gömrük rüsumu limitinin azaldılması ehtimalı ilə əlaqələndirir:
Mütəxəsis əlavə edir ki,qanunvericilikdə trendyol platformasının bağlanması mümkün deyil. Deyir, trendyol Azərbaycana birbaşa satış etmir:
Dövlət xidmətinin nümayəndəsi Cavid Süleymanovun sözlərinə görə, rəqabət orqanı 3 addımlıq təkliflər irəli sürür:
Bu təkliflər
“Trendyol” və Azərbaycanda böyük həcmdə satış həyat keçirən digər şirkətlərin birinci mərhələdə Azərbaycanda nümayəndəliyinin açılması,
- Azərbaycanda ən çox satılan məhsulların ölkəmizdə 30-40%-lik stokunun mövcüd olması
- Bu məhsullanrın da digər pərakəndə satış məntəqələrində olduğu kimi gömrük vergisi və digər vergilərin üzərində formalaşmış qiyməti ilə rəqabər aparması.
Dövlət xidməti bildirir ki, tədbirlər hazırda müzakirə edilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06