Türkiyədə baş vermiş zəlzələdə 6 minə yaxın bina dağılıb. Zəlzələ xəbəri Azərbaycanda belə bir sual gündəmə gətirib: ölkədə, xüsusən paytaxt Bakıdakı tikililər zəlzələyə nə dərəcədə davamlıdır?
Ekspert Elnur Fərzəliyev deyir, təkcə Bakı şəhərində 11minə yaxın bina istismar müddətini başa vurub. 150-yə yaxın bina isə qəzalı vəziyyətdədir.
"Qəzalı vəziyyətdə olan binaların zəlzələyə davamlılığı 0 dərəcəsindədir. Bu binaların sökülüb tikilməsi üçün on illiklər lazımdır. Azərbaycanda da həyəcan təbili çalınmalıdır. Bu binalarda işlər aparılmalıdır ki, zəlzələyə davamlı olsun".
Bəs, Bakı sakinləri öz mənzillərinin zəlzələyə davamlılığı barədə nə düşünür?
Ekspert deyir, binaların istifadə müddətini azaldan hallardan biri də konstruksiya dəyişikliyidir.
"Yeni tikili binalarda əsas problemlərdən biri də konstruksiya dəyişikliyidir. Betonların kəsilərək otaqlarda dəyişiklik və s. binanın istismar müddətini daha da azaldır".
Binalarda dəyşiklikdən söz düşmüşkən, belə binalardan biri Paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşir. "Qız Qalası MMC"-nin inşa etdiyi binanın zirzəmisində dayaqlardan biri demontaj olunub, yerində qaraj düzəldilib. Bununla bağlı video sosial mediada yayılandan sonra işə Fövqəladə Hallar Nazirliyi işə qarışıb.
Nazirlikdən Toplum TV-yə verilən məlumatda qeyd olunur ki, aşkarlanmış fakt üzrə araşdırma aparılır. Həmçinin, binanın konstruksiyasında bərpa işləri aparılacaq.
Qız Qalası MMC-nin mətbuat xidmətindən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb. Baş vermiş konstruksiya dəyişikliyi bərpa olunub, şirkətin həmin binaya məsul şəxsi isə işdən kənarlaşdırılıb.
Reyestr məlumatlarından isə görünür ki, sözügedən MMC "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, 2019-cu ilə qədər aparılan inşaat işlərində onlara müraciət olunurdu, ancaq indi müraciət yoxdur.
O bildirib ki, müraciətlər olanda əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər:
"Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olunmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur".
Elnur Fərzəliyev deyir, problem tək bununla bitmir. Paytaxtda zəlzələ zamanı insanların toplaşacağı sığınacaqlar da kifayət qədər deyil.
"Zəlzələ vaxtı insanlar açıq ərazilərdən sığınacaq kimi istifadə etməlidir. Bu da yoxdur. Hara baxsanız hündürmərtəbəli binalardır. Bu isə qorxu, insan itkisinə gətirib çıxara bilər."
Ekspert deyir binaların bir-birinə sıx, birləşik tikilməsi də insan itkisinin sayının artmasına gətirib çıxarır.
Bu durumda bircə nikbin məqam var, Qurban Yetirmişli bildirib ki, Türkiyədə baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz. Amma indilik. Bu zəlzələnin heç olmayacağı anlamına gəlmir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə mətbuata açıqlamasında deyib ki, ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?