Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndindəyik. 13 il öncə polisin kəndə basqın etməsi haqda o zaman yerli mətbuat çox informasiya ala bilmədiyindən bəzi mətləblər qasranlıq qalmışdı.
Bənəniyar sakini Hicran Qasımov 13 il öncəni, 2010-cu ili xatırlayıb deyir ki, o vaxtı Naxçıvan “qaranlıq ada” kimi idi. 2008-ci ildən yerli hakimiyyət muxtar respublikadakı bütün çayxanaların, dükanların, kiçikli- böyüklü bütün ticarət mərkəzlərinin sökülməsinə qərar vermişdi. Amma bənəniyarlılar kənddəki obyektlərin sökülməsinə imkan vermirdi.
Onun sözlərinə görə, Aşura mərasimi kimi kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulması isə kənddə səbr kasanı aşıran son damla olub.
2009-cu ilin son günlərində bənənyarlı Yusif Əliyev atasının həbsinə və işgəncə ilə üzləşməsinə etiraz olaraq özünü yandırır. Bundan sonra kənddə etirazlar başlayır. 2010-cu il yanvarın 5-də Bənəniyar sakinlərinin bir neçə gün davam edən etiraz aksiyalarını yatırmaq üçün yerli hakimiyyət kəndə silahlı qoşun və texnikalar yeridir. Çox sayda bənəiyarlının işgəncəyə məruz qaldığı deyilir. Kənd sakinlərinin söylədiyinə görə, işgəncələrdən az sonra bir nəfər Rza Nuriyev həyatını itirib.
Bənənyarlılar Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibət gördüklərini deyirlər. Hicran Qasımov Bənəniyar hadisələrini Xocalı qırğını ilə müqayisə edir:
Həmin günlərdə Hicran Qasımovun həyat yoldaşı da polisə aparılıb.
Rəqsadə Qasımova deyir, Talıbovun istefası onun ürəyinə “su səpib”. Danışır ki, vaxtilə nə ürəklərini aça bilirdilər, nə də kəndə jurnalist girə bilirdi.
Bənəniyarda o zaman həbs edilən, işgəncəyə məruz qaldığını deyən çox insan var və onlar bu məsələnin hüquqi qiymətini almasını istəyirlər. Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Nemətov yanvarın 3-də Bənəniyar hadisələri zamanı həyatını itirmiş Rza Nuriyevin ailəsini qəbul edib. Hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başladıqlarını bildiriblər. Amma Qasımovlar ailəsi ümidli deyil.
Hicran Qasımov söyləyir ki, Naxçıvanda sistem kökündən dəyişilməlidir
Tək BənƏniyarda yox, muxtar respublikanın hər yerində deyirlər ki, Talıbovun dövründə çayxana və digər ictimai iaşə obyektlərinin sökülməsi narazı insanların bir yerə toplaşmasının qarşısını almaq, insanların gözünü qorxutmaq məqsədi daşıyırdı. Indi Bənəniyarda bir yerə toplaşıb, söhbətləşən sakinləri görmək olur. 85 yaşlı Mehralı Ümüdovun təbirincə desək, bənəniyarlılar demokratiyanın qoxusunu hiss etməyə başlayıblar. Onlar ümid etmək istəyirlər ki, 13 il öncə kənd sakinlərinə divan tutanlar da öz cəzasını çəkəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06