Multimedia

Penitensiar Xidmət: Bəxtiyar Hacıyev həkim nəzarətindədir - YENİLƏNİB

Toplum TV
Fərid İsmayılov
1 Fevral, 2023
185

Bəxtiyar Hacıyevin səhhəti ilə bağlı Toplum TV Penitensiar Xidmətlə əlaqə saxlayıb. Oradan bildirilib ki, Bəxtiyar Hacıyev hazırda həkim nəzarətindədir. Qurumdan onun səhhəti haqqında əlavə məlumat verilməyib.

*

14:10

Ombudsaman aparatının ümumi şöbə müdiri İbrahim Abdullayev ictimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayevanı qəbul edib.

Toplum TV xəbər verir ki, burada Mövlayevaya bildirilib ki, Ombudsman Səbinə Əliyeva hazırda məşğul olduğundan onunla görüşmək imkanı yoxdur. İbrahim Abdullayev Mövlayevanın tələblərini Ombudsmana çatdıracağını bildirib. 

***

13:18

Bu gün, fevralın 1-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva Ombudsmanla görüş tələbiylə Ombudsman aparatı qarşısında etiraz aksiyası keçirib. 

Toplum TV müxbirinə açıqlama verən Solida Mövlayeva deyib ki, oğlunun vəziyyətinin ağırdır, sağlamlığı kəskin pisləşib. O, oğlunun təqsirsiz olduğunu vurğulayıb və onun dərhal azadlığa buraxılmasını tələb edib. 

Polis Mövlayevanı Hökumət Evinin Vətəndaşları Qəbulu Mərkəzinə yönləndirib. Mərkəzdə bildirilib ki, Ombudsmanın hazırda başqa görüşdə olduğundan onu qəbul edə bilmir, amma Mövlayeva ilə görüş ehtimalı var. 

https://toplum.tv/siyaset/pvekiller-bextiyar-haciyevle-goumlruumlse-buraxilmadip

Xatırlatma

İctimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzatmaq qərarına gəlib.

Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Yanvarın 13-də ona qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. İctimai fəal isə ona ünvanlanan ittihamları qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bildirir.

ABŞ Dövlət Departamenti, beynəlxalq və yerli insan hüquqları təşkilatları Hacıyevin həbsinin qeyri-qanuni olduğunu bildirib və Azərbaycan hökumətini onu azadlığa buraxmağa çağırıblar.

Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında uzun müddətdir aclıq aksiyası keçirir. O, bununla həbsinə etiraz edir, həmçinin bütün digər siyasi məhbuslara da azadlıq tələb edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo