Bəxtiyar Hacıyevin anası: Nəbzini tutmaq olmur, gözləri solub
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva fevralın 1-də ombudsman Səbinə Əliyeva ilə görüş tələb edib.
Solida Mövlayevanı Ombudsman özü qəbul etməyib. Onunla Ombudsman Aparatında ümumi şöbənin rəhbəri görüşüb. O Səbinə Əliyevanın səhhətində problemlər olan siyasi fəalla təcridxanada görüşməsini və bu işi nəzarətə götürməsini istəyib.
Bəxtiyar Hacıyevin vəkilləri də onun vəziyyətinin yaxşı olmadığını, bir müddət əvvəl mədəsində qanaxmanın başladığını demişdilər.
Pentensiar xidmətdən isə Toplum TV-yə bildirilib ki, Bəxtiyar Hacıyev həkim nəzarətindədir. Qurumdan onun səhhəti haqqında əlavə məlumat verilməyib.
Hacıyev ötən ilin dekabr ayının 9-dan həbsdədir. O məhkəməyə hörmətsizlik və xuliqanlıqda ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06