Multimedia

Bəxtiyar Hacıyevin apellyasiya şikayəti üçüncü dəfə də təmin olunmadı

23 Dekabr, 2022
860

Bu gün, dekabrın 23-də Bakı Şəhər Apellyasiya məhkəməsində ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin növbəti məhkəməsi keçirilib.

Hacıyevin vəkili Fəxrəddin Mehdiyev Toplum TV-yə açıqlamasında məhkəmənin vəsadəti təmin etmədiyini bildirib:

Vəkil bildirib ki, artıq ölkə daxili müdafiə vasitələri tükəndiyindən iş üzrə Avropa Məhkəməsinə müraciət olunacaq.

Hacıyevin vəkili onun artıq beş kiloqrama yaxın çəki itirdiyini və aclığı dayandırmaq fikrində olmadığını söyləyib:

Dekabrın 9-da həbs edilən ictimai-siyasi fəal Bəxtiyar Hacıyev artıq 10 gündür ki, aclıq edir. Hacıyevin barəsində 50 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Dekabrın 15-də və 20-də keçirilən apellyasiya məhkəmələrində də Hacıyevin ev dustaqlığı vəsatəti təmin edilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Müəllimə dedi: girin partanın altına"

Taleh Bədəlov
8 Dekabr 2023
7 dekabrda səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.  Bir qədər sonra bəzi valideynlər övladlarını məktəblərdən götürüblər. Bu barədə sosial mediada xəbər dolaşmağa başlayıb.
Multimedia

Polis zorakılığı: İxtiyar verilib

Fərid İsmayılov
8 Dekabr 2023
Sosial şəbəkələrdə polislər tənqid olunduqca bəzən nazirlik onların işdən uzaqlaşdırıldığını deyir. Bəs, bu cəza kifayətdirmi?  Hüquqşünas Xalid Bağırov deyir, vəzifə səlahiyyətlərini aşan polislər maksimum cəza olaraq işdən çıxarılırlar.  Amma onlar cinayət məsuliyyətindən kənar tutulurlar.

Seçilmiş Videolar

Toplum TV loqo