Multimedia

Cümhuriyyətin 105 yaşı polis nəzarətində keçdi

Fatimə Mövlamlı
29 May, 2023
167

Mayın 28-də Azərbaycan Xalq Cümhruyyətinin qurulmasından 105 il ötür. Müxalif partiyalar hər il olduğu kimi Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edib. Ziyarətlər polis nəzarəti altında keçirilib.Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının lideri İsa Qəmbər M.Ə.Rəsulzadənin abidəsi qarşısında çıxış edib. O Azərbaycan hakimiyyətinin Cümhuriyyət Gününü dövlət səviyyəsində qeyd etməməsindən danışıb.

Daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Novxanıya gəldilər. Amma hələ ziyarət başlamamış polis əməkdaşları ilə partiya fəalları arasında gərginlik yarandı. Polis ziyarətə gələn cəbhəçilərə tez-tez yolun kənarı ilə hərəkət etmələrini xatırladırdı. AXCP sədri Əli Kərimlinin sözlərinə görə, onlara çıxış etmək üçün səs avandanlıqlarından istifadə etməyə imkan verilmədi.Rəsulzadənin abidəsini ziyarət edən vətəndaşlar deyir, cümhuriyyət məhdud imkanlarla, çətinliklə qurulub. Dəyərli olması da buna görədir. 

Müxalifətin başlıca narazılığı Rəsulzadənin abidəsinin şəhərin mərkəzində ucaldılmamaması, eləcə də Cümhuriyyət Gününün dövlət səviyyəsində qeyd edilməməsi ilə bağlıdı. Elə bu şüar da həmin mövqedən yaranıb "heykəli bircə kənddə,  nüfuzu məmləkətdə"...M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsi gün ərzində müxalifətçi olmayan başqa vətəndaşlar tərəfindən də ziyarət edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Yolsuz, susuz, işıqsız Yaşıldərə

Toplum TV
21 Sentyabr 2023

Toplum TV

Bura Sumqayıt şəhəri Yaşıldərə yaşayış massividir. Sakinlər kanalizasiya sisteminin və zibil qutularının olmamağından şikayətçidirlər. Deyirlər, ərazidə kanalizasiya daşır və qoxusu ətrafı bürüyür. Yaşıldərənin problemlərini saymaqla bitmir. Sakinlər deyir, yollar bərbad vəziyyətdədir, məktəb də çox uzaqda yerləşir. Sumqayıt şəhəri icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Toplum TV-yə bildirdi ki, qəzalı yollar ilə bağlı tədbirlər həyata keçirilir. Yaşıl Dərə yaşayış massivində də bu il bəzi küçələrdə asfaltlanma işləri aparılıb və gələcəkdə də bu istiqamətdə işlərinin davam etdirilməsi nəzərdə tutulub. Bildirildi ki, ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması nəzərdə tutulub.
Multimedia

“28 MAY” küçəsinin nə asfaltı var, nə də ki, kanalizasiya sistemi...

Toplum TV
21 Sentyabr 2023

Toplum TV

Balaxanının  köhnə adı “İkinci mədən” olan “28 May” küçəsinin sakinləri yaşadıqları yerin şəraitsizliyindən şikayətlənirlər. Onların sözlərinə görə, yollara asfalt çəkilmir, kanalizasiya sitemi yoxdur, küçə təmirsiz vəziyyətdədir.   Cəmilə Əzimova

Seçilmiş Videolar

Toplum TV loqo