Multimedia

DTX ictimai şəxsə sui-qəsd planından xəbərdar imiş

Məzahir Abdurahmanov
31 Mart, 2023
216

İctimai televiziyanın martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları ilə bağlı yayımladığı xüsusi reportajda tanınmış ictimai şəxsə sui-qəsd planından bəhs edilir. 

Toplum TV xəbər verir ki, materialda Ruhulla Axundzadə adlı şəxsin tapşırığı ilə Faiq Zeynalov, Etibar Məmmədzadə və Hüseyn Hüseynzadə adlı şəxslərin  Azərbaycan Respublikasında İranın lehinə casusluq etdikləri iddia olunub. 

Təqsirləndirilən şəxs Faiq Zeynalov açıqlamasında deyib ki, Bakı şəhərində ictimai şəxsin əvvəlcə izlənilməsi, ardınca da ona bıçaq və ya odlu silahla xəsarət yetirmək planı olub. Onun sözlərinə görə, məqsəd həmin şəxsə "göz dağı vermək" olub. 

Materialda haqqında bəhs edilən ictimai şəxsin adı açıqlanmayıb. Amma təqsirləndirilən şəxsin "ictimai şəxsə göz dağı vermək məqsədiylə cəzalandırılması metodu" ilə Milli Məclisin deputatı Fazil Mustafanın məruz qaldığı sui-qəsdin detalları arasında oxşarlıqlar var, lakin əməliyyat görüntülərinin çəkildiyi ərazi deputatın evinin yerləşdiyi məkan deyil. 

Fazil Mustafa ötən gün, martın 28-də Zabrat qəsəbəsində, evinin qarşısında silahlı hücuma məruz qalıb. Ona “Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. Çiyin nayihəsindən və ayağından güllə yarası alan deputat təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda onun səhhətinin stabil olduğu bildirilir. 

DTX deputata qarşı silahlı hücumun terror aktı olduğunu bəyan edib. Hadisə barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb. 

"Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir", - deyə DTX-nın məlumatında bildirilib. 

DTX Toplum TV-nin əməliyyat videomaterialında sözügedən qəsd planı ilə deputata sui-qəsd arasında əlaqə olub olmadığı barədə sualına hələ cavab verməyib. 

Deputat Fazil Mustafa çıxışlarında vaxtaşırı olaraq İran İslam Respublikasının Azərbaycanla bağlı siyasətini kəskin tənqid edirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Şəhid ailələri dəfn pulu tələb edir

Samirə Əli
3 İyun 2023
1988-1994-cü illərdə Qarabağ müharibəsində həlak olanların yaxınları iyunun 2-si Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar dövlətin ayırdığı dəfn pulunu tələb ediblər.
Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...

Seçilmiş Videolar

Toplum TV loqo