Multimedia

Elnarə Qasımovanın məhkəməsi keçirilib: Bizi dinlədilər amma...

19 Yanvar, 2024
524

"Abzas Media" jurnalistinin şikayəti təmin olunmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Abzas Media" onlayn nəşrinin jurnalisti Elnarə Qasımovanın həbs-qətimkan tədbiri ilə bağlı verdiyi şikayət təmin olunmayıb. 

Bu barədə jurnalistin vəkili Ayşə Abdel Qadir Toplum TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Ayşə Abdel Qadir bildirib ki, Elnarə Qasımova özünü yaxşı hiss edir və saxlanma şəraitindən narazılığı yoxdur. 

Qeyd edək ki, yanvarın 15-də Xətai Rayon Məhkəməsi jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

“Abzas Media” işi üzrə nəşrin daha öncə həbs edilən 5 əməkdaşına qarşı da eyni ittiham irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri, xüsusən də “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

BAKIDA SÖKÜNTÜ..."Yuxarıda oturanların acdan xəbəri yoxdur"

1 Mart 2024
Fevralın 28-i axşam saatlarından kababxanaların qarşısındakı əlavə tikililər sökülür. Səbəb kimi də piyada səkilərinin zəbt olunmasını göstərilir. Yasamalın Məhəmməd Xiyabani küçəsi həm də kababçılar küçəsi kimi tanınır. Kimi heyvan kəsir, kimi çörək bişirir, kimisi də kabab çəkir. Burada Əsasən məcburi köçkünlər işləyir.
Multimedia

Sizcə, erkən nigahların qarşısı necə alına bilər?

29 Fevral 2024
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov Azərbaycanda erkən nikahların qarşısını almaq üçün müvafiq qanunlar və digər normativ-hüquqi aktlara əlavə və dəyişikliklər üçün təkliflər hazırlandığını bildirib.  Erkən nigah halları ilə bağlı xəbərlər son günlər daha tez-tez gündəmə gəlir. Bəs bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? 

Seçilmiş Videolar

Toplum TV loqo