Multimedia

Fazil Mustafa: “Təhlükə həmişə var” 

Fatimə Mövlamlı
29 May, 2023
169

“Səhhətim yaxşıdır, şükür Allaha. Əsasən reabilitasiya prosesinə davam eləyirəm, amma xeyli problem arxada qalıb.  

Deputat Fazil Mustafa bunları bu gün İçərişəhərdə keçirilən Milli Kitab Sərgisindı deyib. Sərgidə Fazil Mustafanın yazdığı son kitab “Dirilən adamın düşüncələri” kitabı da yer alıb. Toplum Tv-nin suallarını cavablandıran deputat deyir, təhlükə hələ ötüşməyib. 

Fazil Mustafa ona qarşı silahlı hücumla İran İslam Respublikası arasındakı əlaqədən də danışıb.  

Fazil Mustafa 28 mart tarixində evinin qarşısında naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Polşanın Baş naziri: Ukrayna ilə münasibətlər çətin vəziyyətdədir

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Ölkələrimiz arasında nifaq toxumu səpilib"  Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 21-i Polşanın Baş naziri Mateuş Moravietski "Polsat" kanalına müsahibəsində qeyd edib. O, Varşava və Kiyev arasında əlaqələrin "çətin" vəziyyətdə olduğunu bildirib. “Biz Kiyevə xəbərdarlıq göndəririk ki, rus trollarının istifadə etdiyi notları çalmasın. Təxribatçılar işə başlayıblar və sevinirlər ki, ölkələrimiz arasında nifaq toxumu səpilib. Polşanın Ukrayna ilə hazırkı münasibətləri yüksək rütbəli məmurların və Ukrayna prezidentinin son bəyanatlarından sonra yumşaq desək, çətin vəziyyətdədir”, - Baş nazir deyib. https://toplum.tv/dunya/pquotqerb-indiki-durumu-uzunmuumlddetli-muumlnaqiseye-ccedilevirmek-isteyirrdquo-kiyev-resmisip Bildirək ki, Polşa Ukraynadan bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan etdikdən sonra iki dövlət arasında münasibətlər gərginləşib. Ölkənin kənd təsərrüfatı...
Multimedia

Yolsuz, susuz, işıqsız Yaşıldərə

Toplum TV
21 Sentyabr 2023

Toplum TV

Bura Sumqayıt şəhəri Yaşıldərə yaşayış massividir. Sakinlər kanalizasiya sisteminin və zibil qutularının olmamağından şikayətçidirlər. Deyirlər, ərazidə kanalizasiya daşır və qoxusu ətrafı bürüyür. Yaşıldərənin problemlərini saymaqla bitmir. Sakinlər deyir, yollar bərbad vəziyyətdədir, məktəb də çox uzaqda yerləşir. Sumqayıt şəhəri icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Toplum TV-yə bildirdi ki, qəzalı yollar ilə bağlı tədbirlər həyata keçirilir. Yaşıl Dərə yaşayış massivində də bu il bəzi küçələrdə asfaltlanma işləri aparılıb və gələcəkdə də bu istiqamətdə işlərinin davam etdirilməsi nəzərdə tutulub. Bildirildi ki, ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması nəzərdə tutulub.

Seçilmiş Videolar

Toplum TV loqo