Bakının Filarmoniya bağında bir qrup gözdən əlil vətəndaş aksiya edib. Etirazçılar yanvarın 17-də keçirdikləri piketdə Gözdən Əlillər Cəmiyyətinin keçirdiyi qurultayın nəticələrinin ləğv edilməsini və yenidən keçirilməsini tələb ediblər.
Etirazçılar dekabrın 29-u keçirilən konfransda əlillərə polislər tərəfindən göstərilən zorakılıqlara diqqət çəkib. Zərərçəkənlər deyir, cəmiyyət üzvlərinin əksəriyyətinin xəbəri olmadan keçirilmiş qurultayda onların iştirakına imkan yaradılmayıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevsə zərərçəkənlərin söylədikləri ilə razılaşmır.
Şikayətçilər cəmiyyətin sədri Səmyar Abdullayevin fəaliyyətindən narazıdırlar. Aksiya iştirakçılarından biri Babək Məmmədov 20 il öncəni təəssüflə xatırlayır. Deyir, əvvəllər şəhərdə addımbaşı gözdən əlillərin asudə vaxtlarını keçirdikləri klublar vardı, indi isə o düşünür ki, əlillərə üçüncü dərəcəli insan kimi baxırlar.
“ Bu gün məhz Sizin göstərişləriniz əsasında gözdən əlil vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial inkişaf platforması yüzlərlə gözdən əlil ailənin yaşayış standartlarının və sosial-iqtisadi rifah halının yüksəlişinə səbəb olub”.
Bu sözləri Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 2021-ci ildə prezident İlham Əliyevə yazdığı müraciətdə qeyd edib.
Etirazçılar isə prezidentin sərəncamının havada qaldığını, özlərinin həmin mənzillərdən məhrum olduqlarını söyləyir.
Aksiya iştirakçılarından bir neçəsi polis müşayiəti ilə Nazirlər Kabineti, Baş prokurorluq,Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasının qəbul şöbəsinə gedib. Vətəndaşlara müraciətlərinə baxılacağı bildirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Karantin rejimi uzadıldı - "Mənim fikrim heç nəyi dəyişdirmir"
Toplum TV