Həbsdə olan cəbhəçinin yoldaşı: " İlham Əliyev, bu uşaqlarıma nə yedirim?"
Həbsdə olan AXCP fəalı Aqil Hümbətovun yoldaşı Aygün Hümbətova etiraz edib.
O, ƏƏSMN önündə keçirdiyi aksiyada ünvanlı sosial yardımının kəsilməsindən şikayətçi olub.
Aygün Hümbətova deyir, əri həbsdə olduğuna görə bu ilin yanvarından 272 manat sosial yardım alırmış.
Amma maydan etibarən ailəyə ayrılan sosial yardımı kəsilib.
Səbəb kimi məhkum Aqil Hümbətovun adına motosikl olması göstərilib.
Vətəndaş polislərin müşayiəti ilə qəbula aparılıb.
Qəbulda məsələnin araşdırılıb vətəndaşa məlumat veriləcəyi bildirilib.
A.Hümbətov sosial şəbəkələrdə hökuməti tənqid edib, uşaqpulu tələb etməsi ilə gündəmə gəlib.
O, Cinayət Məcəlləsinin qəsdən bədənə ağır xəsarət yetirmə maddəsilə ittiham olunub.
2020-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Aqil Hümbətov həbsinin səbəbini prezidenti tənqid etməsi ilə əlaqələndirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini