Multimedia

Həbsdə olan ilahiyyatçının ailəsi: "Dedilər əmr yuxarıdandır, gəlmişik yuxarıya"

Samirə Əli
24 May, 2023
156

Həbsdə olan inanclı fəallardan biri Ruhulla Novruzzadənin ailəsi etiraz edib.

Etirazçılar mayın 23-də keçirdikləri aksiyada ilahiyyatçının şərlənərək saxlanılmasına diqqət çəkiblər.
 
Məhkumun yaxınları deyir, dəfələrlə hüquq mühafizə orqanlarına məktublar yollayıblar. Amma müraciətləri cavabsız qalıb. 

Ailə üzvləri Prezident Administrasiyasının əsas binası qarşısında müraciətlərini etmək istəyiblər.

Amma polislər buna imkan verməyiblər.

Şikayətçilərə PA-nın vətəndaş qəbulu mərkəzinə getmələrini söyləyiblər. 

Etirazçılar  Ruhulla Novruzzadə azadlığa qovuşanadək silsilə aksiyalar keçirəcəklərini söyləyiblər. 

Qeyri-rəsmi məlumatlara görə, son dövrlər həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərdən çoxdur.

Müsəlman Birliyi Hərəkatının  məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. 

Həbs edilən inanclıların əksəriyyətinə narkotik ittihamı irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Bakıda aksiya: "Qubad İbadoğluya azadlıq!"

Samirə Əli
26 Sentyabr 2023
Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup üzvü həbsdə olan sədrləri və  iqtisadçı alim Qubad İbadoğlunun həbsinə etiraz olaraq aksiya keçirib. Etiraz piketinin  saat 13:00 - 14:00 arasında DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında keçirilməsi nəzərdə tutulurdu. Lakin polislər iştirakçıları ərazidəki parka yönləndirdilər.  Piketdə Qubad İbadoğlunun qanunsuz həbsinə son verilməsi; ADR Partiyasının ofisinə giriş qadağasının qaldırılması;  axtarış zamanı ADR partiyasına aid sənədlərin geri qaytarılması tələbləri irəli sürülüb.
Multimedia

Karantin rejimi uzadıldı - "Mənim fikrim heç nəyi dəyişdirmir"

Toplum TV
26 Sentyabr 2023

Toplum TV

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-də saat 06:00-dək uzadılıb. Bakı sakinləri karantin rejiminin uzadılmasına münasibətlərini Toplum tv-nin sorğusunda danışıblar. Taleh Bədəlov

Seçilmiş Videolar

Toplum TV loqo