Həbsdə ölən "İslam"-çının yoldaşı: "Dedi, 20 il iş verin, dövlətə xəyanətdə ittiham etməyin"
Vətənə xəyanətdə ittiham olunan və 17 il azadlıqdan məhrum edilən İslam Partiyasının üzvü, Qarabağ qazisi Səbuhi Səlimov martın 2-də Bakı Apelyasiya məhkəməsində vəfat edib.
O, martın 3-də Hökməli qəbristanlığında dəfn edilib.
Səbuhi Səlimovun ailəsindən Toplum TV-yə verilən məlumata görə, martın 2-də Bakı Apellyasiya Məhkəməsi onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Buna əsəbiləşən Səlimovun dövlət ittihamçısı ilə mübahisə zamanı halının pisləşdiyi və daha sonra başqa otağa aparıldığı, orda vəfat etdiyi, amma ailə yaxınlarına məlumat verilmədiyi deyilir. Hələlik rəsmi qurumlardan ailənin səsləndirdiyi iddialara münasibət almaq mümkün olmayıb.
Səbuhi Səlimov 2021-ci ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O dövlətə xəyanətdə ittiham olunub. Səlimov İranın xüsusi xidmət orqanı olan “SEPAH”-la əməkdaşlıqda təqsirləndirilib. Özü nə ibtidai istintaq, nə də məhkəmədə ittihamı qəbul etməyib. 2022-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin eyni ittihamla 17 il azadlıqdan məhrum edilib.
Fatimə Səlimova Səbuhi Səlimovun ölümünü şərəfli ölüm hesab edir. İndi onu ovunduran tək şey həyat yoldaşının hakimiyyətə boyun əyməməsi idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06