Multimedia

İnanclı fəala işgəncə verildiyi deyilir, DİN təkzib edir

Fərid İsmayılov
17 Aprel, 2023
215

Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin məhkəmə prosesi keçirilib. Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Babayevin verdiyi vəsadətlər təmin olunmayıb.

Samir Babayevin anası Xanım Mailova deyir, oğlu narkotik istifadəçisi olmayıb. O, Müsəlman Birliyi Hərəkatının üzvü olduğu üçün həbs edilib.

DİN-in mətbuat xidmətindən Toplum TV-yə bildirilib ki, Samir Babayev konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. Onun saxlanılmasında siyasi motiv yoxdur.

Samir Babayev ötən ilin dekabrında saxlanılıb. O külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, emal edilməsində ittiham olunur. Özü isə bu ittihamları qəbul etmir.

Müsəlman Birliyi Hərəkatının isə hazırda 38 üzvü həbs həyatı yaşayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Şəhid ailələri dəfn pulu tələb edir

Samirə Əli
3 İyun 2023
1988-1994-cü illərdə Qarabağ müharibəsində həlak olanların yaxınları iyunun 2-si Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar dövlətin ayırdığı dəfn pulunu tələb ediblər.
Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...

Seçilmiş Videolar

Toplum TV loqo