İranda sentyabr ayından başlayan etirazlar hələ də davam edir. Ərəb və britaniya informasiya resursları İran hökumətinin etirazlara cavab olaraq əxlaq polisini ləğv etdiyini bildirib.
The Guardian yazır ki, bu barədə İranın baş prokuroru Məhəmməd Cəfər Möntəziri məlumat verib. O həm parlamentin, həm də məhkəmə sisteminin məsələ üzərində işlədiyini açıqlayıb:
"Hökumət qadınların hicab taxmasını tələb edən qanuna yenidən baxa bilər. İndi bu məsələ parlament və Ədliyyə Nazirliyi tərəfindən birgə müzakirə olunur, bir-iki həftəyə qərar verilə bilər", - deyə Möntəziri vurğulayıb.
Amma İran tərəfi hələki məlumatı təsdiq etməyib. Ədliyyə nazirliyi onlara belə bir məlumatın ötürülmədiyini açıqlayıb.
İranlı fəal, siyasi şərhçi Məhəmməd Rəhmanfər bildirir ki, əxlaq polisi ləğv edilməyib. Amma əgər baş versə belə, problemlərin bununla bitməyəcəyini bildirir. Çünki geyimlərə və baş örtüsünə nəzarət edən başqa qurumların da olduğunu vurğulayır.
M.Rəhmanfər ona görə də bu açıqlamanın İranda böyük coşğuyla qarşılanmadığını deyir. Amma İran hökumətinin etirazları qismən yatıra bilmək üçün belə açıqlamalar verdiyini və iki fərqli nəticə doğura biləcəyini düşünür.
Rəsmi olaraq İrşad polisi adlandırılan əxlaq polisi 2006-cı ildə prezident Mahmud Əhmədinejadın dövründə yaradılıb.
Onun əməkdaşları iranlıların, ilk növbədə qadınların “əxlaq qaydalarına” riayət etmələrinə və hicab taxmalarına diqqət edirlər.
Əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin bu ilin sentyabrın 16-da vəfat etməsi ilə İranda etirazlar başlayıb. Toqquşmalar zamanı ölənlərin sayı 450 nəfəri keçib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?