Multimedia

İslam Partiyasının sədri 12 il sonra azadlıqda

19 Yanvar, 2023
327

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 19-u azadlığa buraxılıb.

Toplum Tv-yə danışan partiya sədri deyir, bundan sonrakı siyasi fəaliyyəti “əqidədaşlarının” münasibətindən asılıdır:

Sədr ölkə gündəmindən də danışıb. Amma Mövsüm Səmədovun sözlərinə görə, son 12 ili qapalı tipli cəzaçəkmə müəssisəsində olduğundan ölkə həyatında baş verənlər haqda məlumat almaq onun üçün çətin olub.

İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarında "YouTube"-da Prezident İlham Əliyevi tənqid edən çıxışından sonra həbs olunub. 

Oktyabr ayında o, qanunsuz silah daşıma,konstitusiya quruluşunu dəyişmək kimi ittihamlarla 12 il müddətinə  azadlıqdan məhrum olmuşdu.

Beynəlxalq hüquq müdafiə təşkilatları Mövsüm Səmədovu siyasi məhbus kimi tanıyıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo