Multimedia

Jurnalistlər #icazəlimediaistəmirik deyir

Fərid İsmayılov
7 Fevral, 2023
1662

Fevralın 6-da "Media haqqında" qanunla, media reyestri ilə bağlı ictimai dinləmə keçirilib. Reyestr 2022-ci ildə qüvvəyə minən Media haqqında qanunda nəzərdə tutulub. 

Yeni qanuna əsasən kütləvi informasiya vasitələri Medianın İnkişaf Agentliyində qeydiyyatdan keçməlidirlər. Jurnalistlər bu tələbi medianı icazəli, ələbaxan etmək cəhdi kimi qiymətləndirir. 

Müstəqil jurnalistlər bir neçə gündür icazəli media istəmirik həştəqi ilə sosial mediada kampaniya başlayıb. Media agentliyinə reyestrdən keçmək üçün müraciət edən 160 media qurumundan 40-nın qeydiyyatından imtina olunub. 

Sosial şəbəkələrdə aparılan kampaniyanın ardınca Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da deyib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Amma müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin zaman zaman problemə çevriləcəyini düşünür və qanuna dəyişiklik edilməsini tələb edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo