Multimedia

KÜR QURUYUR - "Aclıq olacaq"

Fərid İsmayılov
8 Mart, 2023
313

Kür çayının Salyandan keçən hissəsində çayın mənsəbi qurumağa başlayıb. Quruyan təkcə Kür deyil, həm də salyanlıların ümidləridir.

Rəşid Babayev gəncliyini xatırlayır. Deyir, vaxt var idi Kürdə suyun qarşısını almaq olmurdu:

"Yadıma gəlir 76-cı il. Kür buraları basmışdı. İndi su yoxdu, əkinlər nə günə qalıb."

Kürün suyunun çəkilməsi Neftçalada da kəndlilərin vəziyyətini çətinləşdirib. Şorkənd sakini Vaqif Bağırov deyir, Kürün qurumasına görə ağacları məhv olmaq üzrədir:

"Ağıllı oğlum, 300-ə yaxın ağacım var, hamısı yanıb. Görürsən nə gündədir? Hamısı gilas ağacıdır."

Kəndlilərin dərdi bununla da bitmir. Vaqif kişi deyir, bilmir saxladığı heyvanlara su tapsın, yoxsa əkin-biçinə, yaxud içməyə.

Balacaxanım Ağalarova da Şorkənd sakinidir. Deyir, nəinki həyət-bacaya, heyvana, heç içməyə də su tapmırlar. Kəndə isə gün ərzində 2 saat su gəlir, o da içməli deyil:

"Təsərrüfat əldən gedib. Bu dəqiqə fikirləşirik ki, balaca nəvələrimizə nə verək içməyə?

Kəndlilər hələki içməli suyu pulla alırlar. Amma deyirlər, buna da imkanları çatmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata açıqlamasında qeyd olunur ki, Kürdə suyun azalmasına səbəb iqlim dəyişikliyidir. Yağış yağanda problem həllini tapacaq.

Görünən budur ki, çörəyi Kürdən çıxanların problemini yalnız yağış həll edə bilər. O da nə vaxtsa yağsa.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo