Multimedia

Laçın dəhlizi: Nə baş verəcək?

Samirə Əli
14 Dekabr, 2022
414

Artıq bir sutkadan çoxdur ki, bir qrup hökumət yönlü təşkilatların nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyaları davam edir. 

Aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxtdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb. 

Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.

Qarabağdakı rejimin "daxili işlər nazirliyi"nin məlumatında bildirilib ki, Xankəndi-Gorus avtomobil yolunun bağlaması nəticəsində yüzlərlə vətəndaş evlərinə qayıda bilmir. Yolda bir kilometr uzunluğunda avtomobil tıxacı yaranıb, Xankəndi ilə ətrafdakı erməni kəndləri arasında nəqliyyat əlaqəsi kəsilib.

Deputat Elman Nəsirov isə davam edən etiraz aksiyası fonunda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 Noyabr sənədinə diqqət çəkir. Deyir, iki ildir Rusiya tərəfi sənədin 4-cü bəndini icra etmir:

Müstəqil siyasi şərhçilər hesab edir ki, sözügedən aksiya Azərbaycan hökuməti tərəfindən təşkil olunub və Rusiya tərəfindən göz yumulub. Bəzi ekspertlərə görə, bu aksiya Azərbaycanın maraqlarına uyğun deyil.

Məsələn, Azər Qasımlı düşünür ki, bu aksiya Azərbaycanın maraqlarına o zaman cavab verə bilər ki, hakimiyyətin aydın iki proqramı olmalıdır:

-  Rusiyanın hərbi kontingentinin Qarabağdan çıxarılması ilə bağlı siyasətini əks etdirən danışıqlar planı
-  Qarabağın və orada yaşayan əhalinin Azərbaycana inteqrasiyasını əks etdirən barış planı 

Ötən həftə Azərbaycanın xarici işlər nazirliyi Rusiyaya nota yollamışdı. Notada Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, sülhməramlı kontingentin ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılmasına imkan yaratmaması bildirilmişdi.

Bu ay ikinci dəfədir ki, Azərbaycanlılar tərəfindən Ermənistanla Qarabağ arasında yeganə quru yol olan Gorus-Xankəndi yolu bağlanılıb. Qarabağdakı seperatçı rejimin "daxili işlər nazirliyi" isə bildirib ki, Azərbaycan tərəfi beynəlxalq humanitar konvensiyalardakı normaları, Qarabağ ermənilərinin əsas hüquq və azadlıqlarını pozur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...
Multimedia

İşçilərin təhlükəsizliyi yetərincə qorunurmu? - SORĞU

Fatimə Mövlamlı
31 May 2023
Hər il tikinti və istehsalat sahəsində bədbəxt hadisələr baş verir. Bu bədbəxt hadisələr bəzən ölümlə nəticələnir.  İşçilərin təhlükəsizliyi kifayət qədər qorunurmu?  Bakı sakinləri Toplum Tv-nin sorğusunda iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo