“Tərtər işi”: İfadələrdə Zakir Həsənovun, Nəcməddin Sadıkovun adı çəkilir
Martın 28-də Sumqayıt Məhkəmə Komleksində “Tərtər işi” üzrə keçmiş hərbçilər Vüsal Ələsgərovun, Rəşid Niftəliyevin, Ramil Qarayevin, Rüstəm Ələsgərovun məhkəməsi keçirilib.
Onlar 2017-ci ilin əsasən mayında Birinci və İkinci Ordu Korpuslarının ərazilərindəki hərbi hissələrdə hərbçi yoldaşlarına işgəncələr verməkdə təqsirləndirilir.
Müttəhimlər ittihamları rədd ediblər. Rüstəm Ələsgərov xaric, digər müttəhimlər məhkəmədə ifadə verməkdən də imtina ediblər. Hakim onların istintaqa verdikləri ifadələri elan edib.
Vüsal Ələsgərov ibtidai istintaqa deyib ki, hər şey müdafiə nazirinin və baş qərargah rəisinin online qatıldığı iclasdan sonra baş verib. Korpus komandirləri casus ovuna başlayıblar. Bu işə tabeliklərindəki hərbçiləri də cəlb ediblər. Hərbi hissələrdə işgəncə otaqları yaradılıb.
“Korpus komandiri Hikmət Həsənov, müavini Babək Səmidli, hərbi prokuror Xanlar Vəliyev, müavinləri də işgəncələr baş verən hərbi hissəyə gəlirdi. Bir daha deyirəm ki, mənə nazir Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və korpus komandiri əmr verib, mən yalnız əmrləri icra etmişəm”, keçmiş hərbçi ifadəsində bildirib.
Vüsal Ələsgərov məkəməyə deyib ki, əvvəlcə casus ovuna çıxanlar və işgəncə əmrini verənlər məhkəmə qarşısına çıxarılmalıdır. Məhkəmə zalındakı zərərçəkmişlər də Nəcməddin Sadıkovun, Hikmət Həsənovun dindirilməsini, tutularaq məhkəməyə verilməsini istəyiblər.
Müttəhim Rüstəm Ələsgərov məhkəmə ifadəsində deyib ki, hərbi hissədə işgəncə verilən binanın keşiyini çəkib. Binanın içərisinə yalnız çağırılanda daxil olub və hər dəfə orada işgəncə alətləri, qan izləri, qara maskalı şəxslər görüb: “Mənim keşik çəkdiyim ikimərtəbəli binaya işgəncə üçün adamları “KamAZ”larla gətirirdilər. Bir dəfə içəri girəndə bölük yoldaşım Abbası dizüstə yerdə oturdulan gördüm. Dedi, guya düşmənə xəritə ötürdüyü üçün ona işgəncə verirlər”
Rüstəm Ələsgərov deyib ki, işgəncələrdə iştirak etməyib, əsgər kimi əmrə tabe olub. Hərbi hissə rəhbərliyinin əmriylə binada keşik çəkib. Ancaq boynuna ölüm işi qoyulub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Karantin rejimi uzadıldı - "Mənim fikrim heç nəyi dəyişdirmir"
Toplum TV