Multimedia

Məhbus atası:"Sübut etsinlər oğlum narkobarondur"

Roza Məmmədova
26 Yanvar, 2023
110

Kərimovlar ailəsi həbsdə olan oğulları üçün sovqat hazırlayır.

 Onların oğlu Pünhan Kərimli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınır. 6 il azadlıqdan məhrum edilən müxalifətçi gəncin həbsindən bu gün bir il ötür.

Atası danışır ki, Pünhan Kərimli universiteti bitirəndən sonra Xalq Cəbhəsi partiyasına üzv olub, ictimai-siyasi fəaliyyətlə məşğul olub, 

2018-ci ildə Almaniyaya siyasi mühacirətə gedib və zaman-zaman orada aksiyalarda iştirak edib. 

2021-ci ilin noyabrında o Azərbaycana deportasiya edilib. Qayıdandan bir qədər sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.

Vahid Kərimov oğlunun bu ittihamı məcbur qaldığı üçün şifahi qəbul etdiyini və heç bir dəlil olmadığını söyləyir.

Almaniyadan təkcə Pünhan Kərimli deport edilməyib. 

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən 2000-dən artıq şəxsin  readmissiyası baş tutub.

Deport olunan fəallardan 8-i nəfəri həbs edilib. Bəzilərinin məhkəməsi çəkişməsi hələ də davam edir, bəziləri isə 7 ilə qədər həbs alıb.

Siyasi tənqidçilər Almaniya hökumətinin siyasi fəalları deport etməsini doğru saymır və bu qərarı tənqid edirlər. 

Onlar ölkəyə geri qayıdan fəalların az sonra həbs edilməsini hakimiyyətin siyasi sifarişi kimi dəyərləndirirlər.  

Daxili İşlər Nazirliyi bu cür yanaşmanı qəbul etmir və bunu cəfəngiyyat adlandırır.

Almaniya səfirliyindənsə Azərbaycan mətbuatına verilən açıqlamada deyilir ki, həbslərdən məlumatlıdırlar və sözügedən şəxslərin qanuni nümayəndələri ilə əlaqədədirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo